nəzərdə tutulan istifadəsinə mane olmamalıdır və ya əşyadan istifadəni istisna (qeyri-mümkün) etməmə-
lidir.
Kirayəyə verilən əşyanın istifadə üçün yararlı vəziyyətdə olmaması, habelə onun müqavilə ilə qarantiya
verilmiş xassələrdən məhrum olması əşyanın fiziki qüsurunu müəyyən edir. Əşyadan istifadəyə üçüncü şəxs-
lərin hər hansı hüquqlarının və ya iddialarının maneçilik törətməsi və ya istifadəni istisna etməsi isə əşyanın hü-
quqi cəhətdən qüsurlu olmasını şərtləndirir. Fiziki qüsurlar iki cür olur: adi (əhəmiyyətsiz) qüsurlar; mühüm
(əhəmiyyəti olan) qüsurlar. Adi qüsurlar odur ki, o, əmlakdan müqaviləyə müvafiq surətdə və onun təyinatına
uyğun olaraq istifadə edilməsinə maneçilik törətmir. Mühüm qüsurlar isə əksinə, əmlakdan təyinatına uyğun
olaraq və müqaviləyə müvafiq surətdə istifadə edilməsini istisna edir. Adi qüsurlar əhəmiyyəti olmayan qüsur-
lardır. Bu cür qüsurlar anjaq əşyanın yararlılıq xassəsinin azalmasına təsir göstərir və ona görə də hesaba alın-
mır.
Kirayə verənin bu vəzifəni, yəni kirayəçiyə müqavilə şərtlərinə uyğun gələn və qanunda nəzərdə tutulan
tələblərə zidd olmayan əşya vermək vəzifəsini icra etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə halda
qanun kirayəçinin mənafeyini müdafiə etmək üçün hüquqi müdafiə vasitələri müəyyən edir (MM-in 677-ci
maddəsi). Əşya müqavilə şərtlərinə uyğun gəlmədikdə kirayəçi aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq et-
mək ixtiyarına malikdir (mühüm qüsurlar olduqda):
●
əgər müqavilə şərtlərinə uyğunsuzluq nəticəsində əşya məhv olarsa, kirayəçi kirayə haqqını ödəmir;
●
əşyanın yararlılıq xassəsindən məhrum olduğu müddət üçün kirayə haqqını ödəməmək, onun ya-
rarlılığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəmək;
●
kirayə verən əşyanın müqavilə şərtlərinə uyğun gəlməməsinin aradan qaldırılmasını gecikdirdiyi halda,
öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb etmək;
●
kirayə verən əşyada aşkar edilmiş qüsurun aradan qaldırılmasını gecikdirərsə və kirayəçi həmin qüsuru
özü aradan qaldırarsa, çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsini tələb etmək.
Beləliklə, əşyanın müqavilə şərtlərinə uyğun gəlməməsi halı kirayəçiyə ixtiyar verir ki, o, kirayə haqqını
və ya onun bir hissəsini ödəməsin. Bundan əlavə, o, həm də öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərə-
Dostları ilə paylaş: |