rayəsi müqaviləsi ayrıca müstəqil müqavilə növü hesab edilmir. Yaşayış sahəsinin kirayə müqaviləsi üzrə
münasibətlər əmlak kirayəsi müqaviləsi barədə normalarla tənzimlənir. Bunun üçün əmlak kirayəsi barədə
normaların tərkibində mənzil münasibətlərini tənzimləyən xüsusi normalar ayrılır. Bizim mülki qanunvericilik
yaşayış otağının kirayə müqaviləsini ayrıca müstəqil müqavilə kimi nəzərdə tutmur.
Yaşayış otağının kirayə müqaviləsinin predmeti (yaşayış otağı) istifadə üçün yalnız fiziki şəxslərə verilir.
Ona görə də yaşayış otağı ondan daimi yaşamaq üçün istifadə məqsədlərinə cavab verməlidir. Yaşayış otağı elə
vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatı və sağlamlığı vicdanlı kirayəyə verən üçün açıq-aş-
kar təhlükə törətməsin (MM-in 676.4-cü maddəsi).
Mülki Məcəllə müqavilənin predmeti kimi çıxış edən yaşayış otağına anlayış vermir. Yaşayış otağı elə bir
sahədir ki, o, öz texniki, sanitariya və digər istehlak xüsusiyyətlərinə görə yaşamaq üçün istifadə edilir. Yaşayış
otağı çoxmənzilli yaşayış evinin bir hissəsindən və ya o, bir mənzili olan yaşayış evindən (tam halında) ibarət
ola bilər.
Dostları ilə paylaş: |