TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT
Meyer D. . Russkoe qracdanskoe pravo. Çastğ 2 (po izdaniö 1902 q.) M., 1997.
Litovkin V.N. Cilihnoe zakonodatelğstvo. M., 1988.
Martkoviç .B. Cilihnoe pravo. M., 1990.
Cilihnoe zakonodatelğstvo / Pod red. V.F.Əkovleva, P. . Seduqina. M., 1991.
Tolstoy Ö.K. Cilihnoe pravo M., 1996.
Ş
erşeneviç Q.F. Uçebnik ruskoqo qracdanskoqo pravo (po izdaniö 1907 q.) M. 1995.
Rimskoe çastnoe pravo. Uçebnik / Pod red.
.B.Noviükoqo, .S. Pereterskoqo. M., 1999.
Mextiev Ö.A. Öridiçeskie qarantii cilihnıx prav sovetskix qracdan: Avtoref. dis. kand. örid.nauk / MQU
im. M.V.Lomonosova. M., 1969.
XV FƏS L
L Z NQ MÜQAV LƏS
§ 1. Lizinq müqaviləsinin anlayışı, hüquqi
tənzimlənməsi, əhəmiyyəti, xüsusiyyətləri və elementləri
1. Lizinqin anlayışı
Lizinqin mahiyyətini başa düşmək üçün belə bir misal çəkək. Bir neçə şəxs sahibkarlıq fəaliyyətini həyata
keçirmək və mənfəət əldə etmək üçün müəssisə təsis edirlər. Məlum məsələdir ki, bundan ötrü müəssisənin əm-
lakı (maşınları, sənaye və tikinti avadanlıqları, nəqliyyat vasitələri və digər əmlak növləri) olmalıdır. Lakin ba-
halı əmlakı əldə etməyə müəssisənin maliyyə vəziyyəti imkan vermir. Belə ki, onu satın almağa müəssisənin
maddi vəsaiti çatmır. Bəs nə etməli?
Vəziyyətdən çıxmaq məqsədilə müəssisə ona lazım olan əmlakın müəyyən satıcıdan satın alınması üçün
banka (və ya ixtisaslaşdırılmış şirkətə) müraciət edir. Bank (və ya ixtisaslaşdırılmış şirkət) müəssisənin
müraciəti əsasında onun göstərdiyi satıcıdan həmin əmlakı pulunu tam ödəməklə satın alır və satıcı ilə alqı-satqı
müqaviləsi bağlayır. Alqı-satqı müqaviləsi bağlayan zaman bank (və ya ixtisaslaşdırılmış şirkət) satıcıya həmin
müqavilənin məqsədini, yəni əmlakın sonradan müəssisənin müvəqqəti istifadəsinə verilməsi üçün əldə olun-
masını bildirir.
Satıcı əmlakı banka (alıcıya) satsa da (bu zaman bank əmlakın pulunu ödəyir və onun mülkiyyətçisi olur)
onu bilavasitə müəssisəyə verir. Nəticədə həmin əmlak müəssisənin müvəqqəti istifadəsinə keçir. Müəssisə əm-
lakdan istifadə edərək sahibkarlıq fəaliyyətini həyata keçirir və mənfəət əldə edir. stifadə müddəti başa çatdıq-
da o, ya əmlakı mülkiyyətçiyə (banka və ya ixtisaslaşdırılmış şirkətə) qaytarır, ya istifadə müddətini uzadır, ya
da əmlaka mülkiyyət hüququ əldə edir.
Belə halda kompleks xarakterli əmlak münasibəti əmələ gəlir ki, ona lizinq münasibəti deyilir. Müəssisə,
bank və satıcı lizinq münasibətinin iştirakçıları adlanır: müəssisəyə lizinq alan, banka lizinq verən, satıcıya isə
Dostları ilə paylaş: |