kiyyətçisi olmaq imkanı verir. Bunun üçün lizinq müqaviləsində bu barədə şərt nəzərdə tutulması tələb edilir.
stifadəyə verilmiş əmlak lizinq ödənişlərinin lizinq alan tərəfindən lizinq verənə verilməsi yolu satın alınır.
Dördüncüsü, lizinq müqaviləsi, bir qayda olaraq, uzun müddətə bağlanılır; özü də bu müddət çox vaxt isti-
fadəyə götürülmüş əmlakın effektiv xidmət (qulluq) müddətini əhatə edir və yəni əmlakın tam amortizasiya
müddətinə yaxınlaşır.
3. Lizinq münasibətlərinin (əməliyyatlarının)
hüquqi forması
Lizinq münasibətlərinin (əməliyyatlarının) hüquqi forması dedikdə, həmin münasibətlərin hüquqi rəsmi-
ləşdirmə vasitəsi başa düşülür. Qanun belə iki forma nəzərdə tutur (MM-in 747-5-ci maddəsi).
Lizinq münasibətlərinin birinci hüquqi forması iki müqavilənin bağlanmasını tələb edir. Başqa sözlə desək,
lizinq münasibətləri iki müqavilə ilə rəsmiləşdirilir. Birinci müqavilə lizinq verənlə satıcı arasında bağlanmış
Dostları ilə paylaş: |