tərəfli (qarşılıqlı) müqavilədir.
Lizinq müqaviləsi müqavilənin mühüm şərti barədə tərəflər razılığa gəldikləri andan bağlanmış sayılır. Bu
andan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Müqavilənin bağlanmış sayılması üçün əşyanın lizinq verən
tərəfindən lizinq alana istifadəyə verilməsi tələb edilmir. Buna görə də lizinq müqaviləsi konsensual müqavilə-
dir.
stifadəyə verilən əşyadan, bir qayda olaraq, sahibkarlıq məqsədi üçün istifadə olunur. Bu kimi məqsədi
həm lizinq verən, həm də lizinq alan güdür. Digər tərəfdən müqaviləni bağlayan tərəflər, adətən, sahibkarlardır.
Bunlardan başqa, lizinq əvvəldə qeyd etdiyimiz kimi, sahibkarlıq fəaliyyətinin xüsusi növü sayılır. Ona görə də
lizinq müqaviləsi sahibkarlıq müqaviləsidir. Təsadüfi deyildir ki, Almaniya hüquq doktrinasında lizinq müqa-
viləsi ticarət əqdi hesab edilir ki, bu növ əqd sahibkarlıq əqdi sayılır. Hüquq ədəbiyyatı səhifələrində birmənalı
şə
kildə göstərilir ki, lizinq müqaviləsi sahibkarlıq müqaviləsidir.
Lizinq müqaviləsinin bir neçə xarakterik əlaməti vardır. Bu əlamətlər onun fərqləndirici cəhətləridir.
Birincisi, lizinq müqaviləsi xüsusi formada investisiya qoyma və ya kreditləşdirmə məqsədilə bağlanılır.
Belə ki, lizinq verən pul vəsaiti qoyaraq əmlak alır və onu lizinq alanın istifadəsinə verir. Belə halda həmin əm-
lak investisiya və ya əmtəə krediti kimi çıxış edir. Bununla lizinq verən lizinq alanı maliyyələşdirir.
kincisi, lizinq müqaviləsi müddətli müqavilədir; bu müqavilənin qeyri-müəyyən müddətə bağlanmasına
yol verilmir.
Üçüncüsü, lizinq müqaviləsi lizinq alana istifadəyə götürülmüş əmlakı satın almaq və həmin əmlakın mül-
Dostları ilə paylaş: |