tələri (poçt, teleqraf, telefon, faks və digər vasitələr) ilə mübadilə edilir. Bu vasitələr sənədin müqavilə bağlayan
Lizinq müqaviləsinin forması barədə qanunun göstərişi imperativdir. Buna görə həmin göstərişə əməl olun-
mazsa, lizinq müqaviləsi etibarsız sayılır. Odur ki, lizinq müqaviləsi şifahi formada bağlana bilməz.
511
Lizinq müqaviləsi
notarial formada da bağlana bilər. Belə ki, əgər tərəflər qarşılıqlı razılığa gəlsələr, onda li-
zinq müqaviləsi notariat qaydasında təsdiqlənir.
Lizinq müqaviləsində lizinq obyektinin təsviri, saxlanması, təmiri qaydası, sığorta etdirilməsi və digər məsə-
lələr barədə məlumatlar göstərilməlidir. Həmin məlumatların dairəsi qanunla müəyyənləşdirilir (MM-in 748.2-
ci maddəsi).
Lizinq müqaviləsi üçün dövlət qeydiyyatı nəzərdə tutulmuşdur. Belə ki, lizinq müqaviləsinin obyekti olan
ə
mlaka hüquqlar AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmalıdır
(MM-in 748.5-ci maddəsi). Bu, lizinq müqaviləsinin dövlət qeydiyyatına alınması deməkdir. O mənada ki, döv-
lət qeydiyyatına alındığı andan lizinq müqaviləsi öz hüquqi məqsədinə çatır, yəni əmlakın lizinq alanın istifadə-
sinə verilməsini təmin edir.
Müddət lizinq müqaviləsinin elementlərindən biridir. Müddət dedikdə lizinq müqaviləsinin qüvvədə olma
müddəti başa düşülür. Lizinq müqaviləsinin qüvvədə olma müddəti o deməkdir ki, lizinq verən əmlakı lizinq
alana hansı müddətə istifadəyə vermişdir. Deməli, lizinq müqaviləsinin müddəti lizinq əmlakından istifadə
müddətini ifadə edir. Buna görə də qanun müəyyən edir ki, tərəflər lizinq müqaviləsində əmlakdan istifadə
müddətini göstərməlidirlər (MM-in 748-ci maddəsi). Ona görə ki, lizinq müqaviləsinə görə, lizinq verən müəy-
yən əşyanı müəyyən müddətə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürür. Odur ki, lizinq müqaviləsi
Dostları ilə paylaş: