§ 4. Lizinq müqaviləsinin məzmunu
1. Lizinq verənin hüquq və vəzifələri
Tərəflərin, yəni lizinq verən və lizinq alanın hüquq və vəzifələri lizinq müqaviləsinin məzmununu təşkil
edir. Qanunun ayrıca maddəsi xüsusi olaraq lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələrinin tənzimlən-
məsinə həsr edilmişdir (MM-in 748-1-ci maddəsi). Tərəflərin hüquq və vəzifələri MM-in digər maddələrində də
nəzərdə tutula bilər.
Lizinq verənin daşıdığı vəzifələrdən biri ondan ibarətdir ki, o, lizinqin obyekti olan əmlakı hazırlamalı və
ya əldə etməlidir (MM-in 747.2-ci maddəsi). Lizinqin obyekti olan əmlakı ixtisaslaşdırılmış sənaye şirkətləri
hazırlayır; belə şirkətlər, adətən, texniki və sənaye avadanlıqları, sənaye qurğuları və digər əşyalar istehsal edir.
Onların lizinq verən rolunda çıxış etmələri mümkündür. Deməli, lizinq obyekti olan əmlakı lizinq verən rolunda
çıxış edən istehsal şirkətləri hazırlamalıdır.
Lizinq verən ya da lizinqin predmeti olan əmlakı əldə etməlidir. Əldə etmə dedikdə, əmlakın hər hansı mü-
ə
yyən satıcıdan satın alınması başa düşülür. Belə ki, lizinqin təşəbbüskarı olan gələjək istifadəçi, yəni lizinq
alan lizinq verənə (məsələn, ixtisaslaşmış lizinq şirkətinə, banka və s.) onun üçün konkret əmlak əldə etmək və
həmin əmlakı onun müvəqqəti istifadəsinə vermək xahişi ilə müraciət edir. Lizinq verən bu müraciətə əsasən li-
zinq alanın göstərdiyi satıcı ilə alqı-satqı müqaviləsi bağlayır: bu müqavilədə lizinq verən alıcı rolunda çıxış
edir. Alqı-satqı müqaviləsi bağlamaqla, lizinq verən əmlakın mülkiyyətçisi olur. Lakin öz mülkiyyətçi səlahiy-
yətini o, yalnız əldə etdiyi əmlakı lizinq alanın müvəqqəti istifadəsinə verməklə həyata keçirə bilər.
Lizinq verənin üzərinə həm də belə bir vəzifə düşür ki, o, lizinq obyekti olan əmlakı lizinq alana lizinq
Dostları ilə paylaş: |