nvestisiya xərcləri dedikdə, lizinq verənin lizinq əmlakının əldə olunması və lizinq alanın həmin əmlakdan
istifadə etməsi ilə bağlı çəkilən xərclər başa düşülür. Məsələn, amortizasiya, gömrük, vergi və digər məsələlərlə
bağlı olan xərclər və s.
Lizinq verənin əldə etdiyi gəlir (mənfəət) dedikdə, lizinq haqqı başa düşülür. Lizinq haqqı isə lizinq alanın
lizinq əmlakından istifadə etməsinə görə lizinq verənə əvəz kimi ödədiyi pul məbləğidir. Lizinq haqqı lizinq
ə
mlakı vasitəsilə istehsal olunan məhsulla (natura formasında) da ödənilə bilər (MM-in 748-10.3-cü maddəsi).
Lizinq ödənişlərinin ümumi məbləği lizinq əmlakının dəyərindən və həmin əmlakın satın alınma qiymətin-
dən çox olmalıdır. Məhz lizinq əmlakının qiymətindən çox olan hissə (fərq) lizinq verənin gəlirini (mənfəətini),
yəni lizinq haqqını təşkil edir.
Lizinq alanın lizinq ödənişlərini vermək öhdəliyi onun lizinq obyektindən istifadəyə başladığı vaxtdan yara-
nır. Lakin bu qayda dispozitiv xarakter daşıyır. Belə ki, lizinq müqaviləsində ayrı ayda da nəzərdə tutula bilər
(MM-in 748-10.4-cü maddəsi). Məsələn, lizinq müqaviləsində nəzərdə tutula bilər ki, lizinq ödənişləri lizinq
ə
mlakından istifadə olunma məhsuldarlığın müəyyən səviyyəsinə çatdığı halda verilsin və s.
Bununla bərabər, lizinq müqaviləsində müəyyənləşdirilə bilər ki, lizinq ödənişlərinə 6 ay (180 gün) möhlət
verilsin. 6 aylıq müddət lizinq obyektindən istifadəyə başlandığı vaxtdan hesablanır. Həmin müddət keçənədək
lizinq ödənişləri verilmir. Yalnız 6 aylıq müddət keçdikdə (ötdükdə) lizinq ödənişləri verilə bilər (MM-in 748-
10.5-ci maddəsi).
Lizinq alanın lizinq ödənişlərini vaxtında vermək vəzifəsini yerinə yetirməməsi onun üçün mənfi nəticələrə
gətirib çıxara bilər. Belə ki, əgər o, lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş
müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə (məsələn, iki ay; iki rüb və s.), lizinq verən lizinq mü-
Dostları ilə paylaş: |