mlakın təyinatına uyğun istifadə etməlidir. Başqa sözlə desək, lizinq alanın lizinq obyektindən istifadə et-
məsi lizinq müqaviləsinin şərtlərinə və lizinq obyektinin təyinatına uyğun gəlməlidir. Bir qayda olaraq, lizinq
alan lizinq əmlakından lizinq müqaviləsinin şərtlərinə uyğun istifadə etməlidir; əgər lizinq müqaviləsində belə
şə
rtlər nəzərdə tutulmazsa, onda o, əmlakdan təyinatına uyğun istifadə etməyə borcludur.
Lizinq alanın bu vəzifəni yerinə yetirməməsi onun üçün arzuolunmaz mənfi nəticələrə səbəb olur. Belə ki,
ə
gər lizinq alanın lizinq obyektindən istifadəsi lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına
uyğun deyilsə, onda lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv edə bilər (MM-in 748-1.12-ci maddə-
si). Bu kimi halda lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri alır.
Lizinq alanın üstünə həm də lizinq ödənişlərini vaxtında ödəmək vəzifəsi düşür (MM-in 748-10-cu mad-
dəsi). Hüquq ədəbiyyatı səhifələrində bu, lizinq alanın əsas vəzifəsi sayılır. Lizinq ödənişləri dövri, yəni vaxta-
ş
ırı (aylıq – ayda bir dəfə; rüblük – rübdə bir dəfə; yarımillik – altı ayda bir dəfə) verilməlidir. Lizinq ödənişlə-
rinin dövriliyi lizinq müqaviləsində göstərilir (MM-in 748-10.2-ci maddəsi). Lizinq müqaviləsində, hətta lizinq
ödənişlərinin qrafiki verilir.
Qeyd etmək lazımdır ki, öz iqtisadi məzmununa görə lizinq birbaşa investisiya hesab edilir. Buna görə də
lizinq ödənişlərinin ümumi məbləği elə müəyyənləşdirilməlidir ki, lizinq verən həm öz investisiya xərclərinin
ə
vəzini tam ödəyə, həm də lizinq haqqı şəklində gəlir (mənfəət) götürə bilsin. Odur ki, lizinq ödənişlərinin
ümumi məbləği tərkibjə iki hissədən ibarətdir:
●
investisiya xərclərindən;
●
lizinq verənin əldə etdiyi gəlirdən (mənfəətdən).
Dostları ilə paylaş: |