alıcı» hüququ ilə təmin edir. Belə ki, qanun müəyyən edir ki, bir az öndə göstərdiyimiz kimi, lizinq alan lizinq
obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına
malikdir (MM-in 747-5.2-ci maddəsi). Məhz alıcı hüquqları lizinq alana imkan verir ki, o, lizinq əmlakı ilə bağ-
lı bilavasitə satıcıya tələb irəli sürsün. Belə ki, lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu ob-
yektin keyfiyyət və komplektliyi, göndərmə müddəti barədə, habelə alqı-satqı müqaviləsi ilə nəzərdə tutulan di-
gər tələbləri irəli sürə bilər (MM-in 748-1.3-cü maddəsi). Bu halda satıcı həmin tələblərə baxaraq müvafiq po-
zuntunu lazımınca aradan qaldırmalıdır.
Lizinq alanı alqı-satqı müqaviləsi üzrə alıcı hüququ ilə təmin etmək barədə qayda xarici ölkələrin mülki və
ticarət hüququna da məlumdur. Bu qaydanı həm də beynəlxalq maliyyə lizinqi barədə Ottava konvensiyası müəy-
yənləşdirir.
Qeyd etdiyimiz kimi, alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq obyekti lizinq verən tərəfindən xü-
susi olaraq lizinqə verilmək üçün satın alınır, yəni əldə edilir (MM-in 747-5.2-ci maddəsi). Bu göstəriş satıcı ilə
lizinq alan arasında münasibətlərdə vacib rol oynayır. Həmin göstəriş satıcını əvvəlcədən xəbərdar edir ki, li-
zinq əmlakı ilə bağlı mümkün tələblər alqı-satqı müqaviləsinin tərəfi olan lizinq verənə yox, lizinq alana
Dostları ilə paylaş: |