naşı, lizinq münasibəti iştirakçılarının məsuliyyəti özünəxas cəhət və xüsusiyyətlərə malikdir. Belə ki, öz öhdə-
liklərini pozmağa görə tərəflərin məsuliyyət məsələsi lizinq üçün spesifik olan üsullarla həll edilir.
516
Lizinq iştirakçılarının məsuliyyətinin əsas xüsusiyyəti ondan irəli gəlir ki, bu münasibətlərdə lizinq şirkəti-
nin rolu lizinq əməliyyatını maliyyələşdirməkdən ibarətdir. Maliyyə təşkilatı olan lizinq verənin lizinq ob-
yektinə bilavasitə münasibəti yoxdur. Əvvəldə qeyd etdiyimiz kimi, o, çox vaxt lizinq obyektinin özünü belə
görmür. Buna görə də təbii ki, lizinq verən lizinq obyekti ilə bağlı vəzifələri ya satıcının, ya da lizinq alanın
üzərinə qoyur. Bunun nəticəsində lizinq münasibətləri üzrə məsuliyyəti əsasən lizinq alan və ya satıcı daşıyır;
lizinq verənin üzərindən isə məsuliyyət götürülür. Lizinq əmlakı ilə bağlı məsuliyyəti lizinq verənin üzərindən
götürmək üçün elə etmək lazımdır ki, əmlakla bağlı məsələni lizinq alan və satıcı bilavasitə, lizinq verənin işti-
rakı olmadan özləri həll etsinlər. Bundan ötrü qanun lizinq alanı xüsusi statusla – «alqı-satqı müqaviləsi üzrə
Dostları ilə paylaş: