Lizinq ödənişləri dedikdə, lizinq obyekti olan əmlakdan istifadəyə görə lizinq alanın lizinq verənin xeyrinə
həyata keçirdiyi ödənişlər başa düşülür. Qeyd etməliyik ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzin-
də həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği məhz lizinq ödənişləri hesab edilir. Lizinq ödənişlərinin
ümumi məbləğinə daxildir (MM-in 748-11-ci maddəsi):
●
lizinq obyektinin amortizasiya (köhnəlmə) ödənişləri;
●
lizinq obyektinin əldə edilməsi ilə bağlı xərclər;
●
lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;
●
lizinq verənin gəliri (lizinq haqqı);
●
sığorta üçün ödənilən məbləğ (sığorta haqqı), əgər lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdir-
sə;
●
lizinq verənin göstərdiyi əlavə xidmətlərin haqqı;
●
lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
Göründüyü kimi, bu, lizinq ödənişlərinin ümumi məbləğinə daxil olan xərclərin dəqiq və qəti yox, təxmini
siyahısıdır. Belə ki, lizinq müqaviləsində digər xərclər də nəzərdə tutula bilər. Qeyd etməliyik ki, lizinq ödəniş-
lərinin ümumi məbləği, lizinq ödənişlərinin konkret həcmi, lizinq verənin əldə etdiyi gəlir (lizinq haqqı), lizinq
ödənişlərinin qrafiki (qrafik hesablaşma qaydasını əks etdirir), lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi
üsulu, forması və dövriliyi tərəflərin razılığı əsasında lizinq müqaviləsi ilə müəyyənləşdirilir (MM-in 748.2-ci
maddəsi; 748-10.2-ci maddəsi).
Lizinq ödənişləri, bir qayda olaraq, pul formasında həyata keçirilir. Bununla yanaşı, lizinq ödənişləri ilə
bağlı hesablaşmalar natura formasında da aparıla bilər. Natura formasında hesablaşma dedikdə, lizinq müqa-
viləsinin obyekti olan əmlakın vasitəsilə istehsal olunan məhsulla aparılan hesablaşma başa düşülür. Bu zaman
512
məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir (MM-in 748-10.3-
cü maddəsi).
Qeyd etmək lazımdır ki, lizinq ödənişləri iki hissədən ibarətdir. Birinci hissəni əvəzi ödənilən xərclər (amorti-
zasiya, sığorta və digər xərclər) təşkil edir. kinci hissə isə lizinq verənin gəlirlərindən ibarətdir ki, ona lizinq
haqqı deyilir.
Lizinq müqaviləsinin qiyməti bəzi müəlliflər tərəfindən mühüm şərt sayılır.
Dostları ilə paylaş: |