523
istifadə
hüququnu bazarda müə
yyə
n növ malların və
(və
ya) xidmə
tlə
rin realizə
olunması üçün digə
r tə
-
rə
fə
(françayziyə
, istifadə
çiyə
) vermə
yi, françayzi (istifadə
çi) isə
bunun ə
və
zində
haqq ödə
mə
yi öhdə
sinə
götürür. Avropa ttifaqı hüququnda françayzinq müqaviləsinə məhz belə anlayış verilir.
Françayzinq müqaviləsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi üçün yeni müqavilə növüdür.
Bu müqavilə növü əvvəllər sovet qanunvericiliyinə məlum deyildi. 80-ci illərin axırlarından başlayaraq sovet
müəssisələrinin müqavilə praktikasında françayzinq institutu tətbiq edilməyə başladı. Bazar iqtisadi münasibət-
lərini hüquqi qaydaya salmaq və tənzimləmək françayzinq müqaviləsi haqqında normaların MM-ə daxil edil-
məsini şərtləndirdi. Bunu Azərbaycan mülki hüquq nəzəriyyəsinin və qanunvericiliyinin mühüm nailiyyətlərin-
dən biri hesab etmək lazımdır.
Qərbdə və bir çox xarici ölkələrin qanunvericiliyində françayzinq anlayışı işlədilir. Rusiya Federasiyasının
mülki qanunvericiliyində bu anlayışın rus ekvivalenti kimi kommersiya konsessiyası anlayışı tətbiq edilir. Bu-
nunla belə, inkişaf etmiş bəzi hüquq sistemləri françayzinq anlayışını hələ tanımır.
Öz hüquqi təbiətinə görə françayzinq müqaviləsi ikitərəfli (qarşılıqlı, sinallaqmatik) müqavilədir. Ona
görə ki, françayzinq hüquq münasibətlərində iştirak edən hər iki tərəf qarşılıqlı hüquqlara malik olmaqla, həm
də vəzifələr daşıyırlar.
Françayzinq müqaviləsi əvəzli müqavilədir. Belə ki, istifadəçi müəssisə firma-françayzerə ona verilmiş
kompleks müstəsna hüquqlardan istifadəyə görə müəyyən haqq (ödəniş) verir.
Anlayışdan görünür ki, françayzinq müqaviləsi həm də konsensual müqavilədir. Belə ki, müqavilənin bü-
tün mühüm şərtləri barədə tərəflər razılıq əldə etdikləri andan onlar üçün hüquq və vəzifələr yaranır.
Françayzinq müqaviləsinə verilən leqal anlayışdan aydın olur ki, françayzinq hüquq münasibətləri müstəqil
Dostları ilə paylaş: