(kompleks) müqavilə hesab etmək olmaz. Françayzinq hüquq münasibətlərinə hansı müqavilə haqqında müd-
dəaların tətbiq edilməsindən asılı olmayaraq, bu münasibətləri tənzimləyən müqavilə françayzinq müqaviləsi
adlanır. Özü də bu müqavilə müstəqil mülki-hüquqi müqavilə kimi çıxış edir. Odur ki, françayzinq münasi-
bətlərinin bəzən praktikada qarışıq (kompleks) müqavilə bağlamaq yolu ilə rəsmiləşdirilməsinin heç bir əsası
yoxdur.
Françayzinq müqaviləsini nümayəndəlik münasibətləri yaradan hər hansı bir müqavilə də saymaq ol-
maz. Belə ki, müqavilədə tərəf kimi çıxış edən istifadəçi müəssisə həmişə öz adından, öz hesabına və öz məna-
feyi üçün çıxış etməklə müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Françayzinq müqaviləsini bəzi müəlliflər lisenziya tipli müqavilə qrupuna şamil edir, digər müəlliflər isə li-
senziya müqaviləsinin bir növü sayırlar. Bu mövqe həqiqətdən xeyli uzaqdır. Belə ki, françayzinq müqaviləsi
kompleks xarakterli hüquqların (əqli mülkiyyət hüququnun kompleks obyektlərinin, habelə digər əmlak hüquq-
larının) istifadə üçün verilməsini, lisenziya müqaviləsi isə yalnız əqli mülkiyyətin müəyyən bir obyektindən is-
tifadə hüququnun müəyyən bir şəxsə keçməsini nəzərdə tutur. Bundan əlavə, françayzinq müqaviləsinin məq-
Dostları ilə paylaş: |