Beşinci tələb podratçının podratı kəmiyyətjə (miqdarja, sayja) yerinə yetirməsindən ibarətdir. Onun
podratı kəmiyyətjə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qü-
surlara bərabər tutulur (MM-in 762.3-cü maddəsi).
Beləliklə, podratçı işin icrasını fiziki qüsurlar olmadan (kəmiyyət-keyfiyyət göstəriciləri barədə şərtlərə uy-
ğ
un gələn) yerinə yetirməlidir. Onun hazırladığı məmulatda qüsur olarsa, sifarişçi əlavə icra tələbi irəli sürə bi-
lər (MM-in 763.1-ci maddəsi). Sifarişçi əlavə icra tələbi irəli sürdüyü halda podratçı iki alternativdən birini se-
çir:
●
ya məmulatda aşkar edilmiş qüsuru aradan qaldırmalı;
●
ya da yeni məmulat hazırlamalı.
Ə
lavə icra, şübhəsiz ki, yeni əlavə xərclərin çəkilməsini tələb edir. Qanun həmin əlavə xərclərin ödənilməsi-
ni podratçıya həvalə edir (MM-in 763.2-ci maddəsi). Bu cür əlavə xərclərə aiddir:
●
iş üçün tələb olunan xərc;
●
materiallar üçün tələb olunan xərc;
●
nəqliyyat xərci.
Ə
lavə icranın yerinə yetirilməsi kifayət qədər xeyli çox vəsait və xərclər (uyğun gəlməyən qeyri-münasib
xərclər) tələb etdiyi halda, podratçının həmin icradan imtina etmək ixtiyarı vardır.
Sifarişçi əlavə icra üçün müəyyən vaxt müddəti təyin edir. Əgər podratçı əlavə xərclərin kifayət qədər xeyli
çox (qeyri-münasib uyğun gəlməyən xərclər) olmasına baxmayaraq, əlavə icradan imtina etməzsə, o, bu müddət
ə
rzində sifarişçinin əlavə tələbini icra etməyə borcludur. O, təyin edilmiş müddət ərzində əlavə icranı yerinə ye-
tirməzsə, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-in 764.1-ci
maddəsi). Belə halda sifarişçinin ixtiyarı var ki, qüsuru aradan qaldırmaq üçün podratçıdan avans tələb etsin.
Bununla bərabər, sifarişçi əlavə icranı qəbul edərkən məmulatda yenə də qüsurlar aşkar edə bilər. Bu halda o,
qüsura uyğun və münasib olaraq podratçıya verilən haqqın məbləğini azaldır. Qüsur məmulatın dəyərini nə qədər
azaldırsa, haqqın miqdarı bir o qədər də azaldılır (MM-in 776-cı maddəsi). Sifarişçi bundan əlavə, əlavə icranı qə-
bul etməyərək müqavilədən imtina edə bilər.
Ə
lavə icra nəticəsində podratçı qüsuru aradan qaldırmaq əvəzinə ikinci alternativi seçməklə yeni məmulat da
hazırlaya bilər. Bu halda qüsurlu məlumatın hüquqi taleyi və müqəddəratı nejə həll edilir? Qanun bu sualın da
cavabını dəqiq olaraq müəyyən edir (MM-in 763.3-cü maddəsi). Belə ki, podratçı yeni məmulat hazırladığı hal-
da qüsurlu məmulat onun tələbi ilə geri qaytarılır, yəni podratçının sərənjamına (mülkiyyətinə) daxil olur.
Podratçı tərəfindən qüsursuz olaraq işi icra etmək vəzifəsinin yerinə yetirilməməsi onun üçün arzuolunmaz
nəticələrə səbəb olur. Bu, sifarişçiyə ixtiyar verir ki, o, müqavilədən imtina etsin. Belə ki, əgər əlavə icra üçün
müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra məlumatdakı qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi
müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borc-
ludur (MM-in 765-ci maddəsi).
Dostları ilə paylaş: |