Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1729/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1725   1726   1727   1728   1729   1730   1731   1732   ...   1820
yox, baş podratçı məsuliyyət daşıyır. Baş podrat prinsipinin mahiyyəti bundan ibarətdir. 

Bununla belə, quraşdırma və xüsusi xarakterli digər işlərin görülməsi ilə əlaqədar olaraq sifarişçi baş podrat-

çının razılığına əsasən üçüncü şəxslərlə (quraşdırma və ya ixtisaslaşdırılmış təşkilatlarla) müqavilə bağlaya bi-

lər. Bu cür müqavilə birbaşa (düzünə) müqavilə adlanır. Birbaşa müqavilələrin bağlanmasında baş podratçı 

iştirak etmir və buna görə də baş podrat prinsipi tətbiq olunmur. 

Səkkizinci tələb ondan ibarətdir ki, podratçı ona tapşırılan işi öz riski ilə (cavabdehliyi ilə) icra edir.  ndi-

ki mülki qanunvericilik riskin iki növünü müəyyənləşdirir (MM-in 772-ci maddəsi). Birinci növ risk müqavilə 

icra olunarkən istifadə olunan materialların, avadanlığın, emal məqsədi üçün veriləəşyaların və ya digər 

ə

mlak növlərinin (taxta, sement, inşaat qurğuları, paltar üçün parça və s.) təsadüfən məhv olması və ya zədələn-



məsi  ilə  bağlıdır.  Bu  cür  risk  üçün  məsuliyyəti  müvafiq  əmlakı  verən  tərəf  daşıyır.  Materialın  təsadüfən 

məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür (MM-in 772.2-ci maddəsi). Bu prin-

sip Roma hüququ ənənəsinə uyğun gəlir. Roma hüququna görə təsadüfi risk üçün mülkiyyətçi məsuliyyət daşı-

yırdı. Roma hüququnun bu qaydası yeni və müasir qanunvericilikdə də saxlanılmışdır. Belə ki, əmlakın təsadü-

fən məhv olması və ya təsadüfən zədələnməsi riski əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tu-

tulmayıbsa, mülkiyyətçinin üzərinə düşür (MM-in 152.10-cu maddəsi). 

kinci növ risk görülmüş işin (işin nəticəsinin) təsadüfən məhv olması və ya zədələnməsi ilə bağlıdır. Bu 

halda görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın nəticəsi sifarişçiyə verildiyi vaxta 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1725   1726   1727   1728   1729   1730   1731   1732   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin