3. Müqavilənin digər elementləri
Qanun tapşırıq müqaviləsinin forması haqqında göstəriş ifadə edir (MM-in 777.2-ci maddəsi). Həmin göstə-
rişə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilənin tərəflərin qarşı-
lıqlı razılığı ilə notariat qaydasında təsdiqlənməsi istisna edilmir.
MM-də tapşırıq müqaviləsinin elementlərindən biri olan müddətə həsr edilən xüsusi norma yoxdur. Elə
hesab etmək olar ki, müddət tapşırıq müqaviləsi üçün mühüm şərt hesab edilmir.
Tapşırıq müqaviləsində müddət həm göstərilə, həm də göstərilməyə bilər. Əgər müddət göstərilərsə, müd-
dətli tapşırıq müqaviləsindən, əgər müddət nəzərdə tutulmazsa, müddətsiz tapşırıq müqaviləsindən söhbət
gedə bilər.
Tapşırıq müqaviləsi üzrə müddət vəkalət alanın həyata keçirdiyi hüquqi və ya faktiki hərəkətlərin icra
vaxtını ifadə edir. Əgər müqavilə əsasında müddət müəyyənləşdirilərsə, vəkalət alan ona verilən tapşırığı həmin
müddət ərzində icra etməyə borcludur. Müddət, bir qayda olaraq, tapşırıq müqaviləsinin iştirakçılarının razılığı
ilə müəyyən edilir.
Müddətsiz tapşırıq müqaviləsində vəkalət alanın ona verilən tapşırığı hansı müddətə ijra etməsi nəzərdə tu-
tulmur. Müqavilədə müddətin təyin edilmədiyi hallarda tapşırığın icrası müddəti MM-in 427.2-ci maddəsində
göstərilən qaydada müəyyən olunur. Belə halda vəkalət verən tapşırığın dərhal ijrasını tələb edə bilər, vəka-
Dostları ilə paylaş: |