lət alan isə onu ağlabatan müddətdə ijra etməyə borjlu olur.
Tapşırıq müqaviləsinin qiymətinə gəldikdə isə göstərə bilərik ki, müddət kimi qiymət də müqavilənin
mühüm şərti sayılmır. Müddətdən fərqli olaraq qanun tapşırıq müqaviləsinin qiymətinə, onun ödənilməsi qay-
dasına xüsusi norma həsr etmişdir (MM-in 783-cü maddəsi).
Tapşırıq müqaviləsinin qiyməti vəkalət alana hüquqi və ya faktiki hərəkətləri həyata keçirməyin, yəni ona
tapşırılan işi ijra etməyin müqabilində və əvəzində vəkalət verənin ödədiyi haqdan ibarətdir. Qiymət tərəf-
lərin razılığı ilə müəyyən edilir.
Ə
vvəldə göstərdiyimiz kimi, tapşırıq müqaviləsi həm əvəzsiz, həm də əvəzli müqavilədir. Roma hüququ
dövründən bəri klassik kontinental hüquq sistemlərində tapşırıq ənənəvi olaraq əvəzsiz müqavilə hesab
edilir. Özü də bu hüquq sistemlərinin qanunvericiliyinə görə tapşırıq müqaviləsinin əvəzsiz olması vəkalət ala-
na verilən haqqın qanunda və ya müqavilədə nəzərdə tutulmaması ilə şərtlənir. Bu o deməkdir ki, əgər qanunda
və ya müqavilədə vəkalət alana haqq ödənilməsi müəyyənləşdirilməyibsə, belə tapşırıq müqaviləsi əvəzsiz mü-
qavilədir. Azərbayjan Respublikasının mülki qanunvericiliyi də bu mövqedə durur. Belə ki, vəkalət verən vəka-
lət alana yalnız o halda haqq ödəyir ki, bu şərtləşdirilmiş olsun (MM-in 783.2-ci maddəsi), yəni qanunda və ya
müqavilədə nəzərdə tutulmuş olsun. Bu göstərişin mahiyyəti ondan ibarətdir ki, qanunda və ya müqavilədə və-
kalət alana haqq verilməsi şərti nəzərdə tutulmazsa, müqavilə əvəzsiz olur.
Beləliklə, qanun üç halda tapşırıq müqaviləsinin əvəzli olmasını, yəni vəkalət verənin vəkalət alana haqq
ödəməli olmasını müəyyən edir:
●
birincisi, qanunda və ya müqavilədə ödəniş barədə şərt olduqda;
●
ikincisi, vəkalət verənin vəkalət alana haqq ödəməsi hamılıqla qəbul edilmiş olduqda (məsələn, tapşırıq
sahibkarlıq fəaliyyəti və kommersiya əməliyyatı ilə əlaqədar olduqda);
●
üçüncüsü, tapşırıq müqaviləsində vəkalət alan rolunda müstəqil peşə fəaliyyəti formasında əqdlər bağ-
lamaq və ya xidmətlər göstərmək səlahiyyətinə malik olan şəxslər çıxış etdikdə.
Müstəqil peşə fəaliyyəti formasında əqdlər bağlamaq və ya xidmətlər göstərmək səlahiyyətinə malik olan
şə
xslər dedikdə vəkillər, patent müvəkkilləri başa düşülür. Göstərilən kateqoriya şəxslər əvəzli peşəkar (pro-
fessional) nümayəndəliyi həyata keçirirlər. Bu cür nümayəndəliyi kommersiya nümayəndəliyindən fərqləndir-
mək lazımdır. Belə ki, kommersiya nümayəndəliyi sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən
sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxsin həyata keçirdiyi nümayəndəlikdir (MM-in 361.2-ci
546
maddəsi). Kommersiya nümayəndəliyində nümayəndə rolunda yalnız nümayəndəliyi sənət, peşə kimi həyata
keçirən sahibkar çıxış edə bilər.
Patent müvə kkili patentin alınması işlərinin aparılmasında vəkalət verən şəxsə köməklik göstərir, lisenziya
müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq icra hakimiyyəti orqanında, məhkəmədə vəkalət
verənin mənafelərini müdafiə edir və s. («Patent haqqında» qanunun 6-cı maddəsi). Vəkillər dövlət və qeyri-
dövlət orqanlarında və təşkilatlarında, o cümlədən, beynəlxalq təşkilatlarda və əjnəbi ölkələrdə fiziki və hüquqi
şə
xslərin nümayəndəliyini həyata keçirirlər. O, hüquqi yardım üçün müraciət etmiş şəxslərlə münasibətlərini bir
qayda olaraq, tapşırıq müqaviləsi əsasında qurur. Vəkil həmin şəxslərin tapşırığını yazılı surətdə tərtib edilmiş
müqavilə ilə icra edir («Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunun 5-ci maddəsi).
Tapşırıq müqaviləsi üzrə haqqın miqdarı tərəflərin razılığı ilə müəyyən edilir. Müqavilədə haqqın miqdarı
müəyyənləşdirilməyə də bilər. Lakin bu hal, tapşırıq müqaviləsinin əvəzsiz xarakterə malik olmasını şərtləndir-
mir.
Qanun tapşırıq müqaviləsi üzrə haqqın miqdarı müəyyənləşdirilmədiyi hallarda bunun iki yolla (üsulla) tə-
yin edilməsi qaydasını müəyyən edir. Birincisi, qüvvə də olan tariflə rə istinad etməklə haqqın miqdarı müəy-
yən edilir. kinji üsuldan tarif olmadıqda istifadə edilir. Belə halda vəkalət alanın olduğu yerdə qəbul edilmiş
haqq (mə zə nnə , nırx) ə sas götürülmə klə vəkalət alana ödəniləcək haqqın miqdarı müəyyənləşdirilir (MM-in
783.3-cü maddəsi).
Dostları ilə paylaş: |