4. Tapşırıq müqaviləsinin xitam olunması
Tapşırıq müqaviləsinin xitam olunmasının əsasları qanunda müəyyənləşdirilmişdir (MM-in 786-jı maddəsi).
Bu əsasların çoxu hələ Roma hüququnda nəzərdə tutulmuşdu.
Tapşırıq müqaviləsi üzrə tərəflər arasındakı qarşılıqlı münasibətlər şəxsi-etimad xarakteri daşıyır. Bu xüsu-
siyyət müqavilənin xüsusi əsaslarla ləğv olunmasında da ifadə edilir. Belə ki, tapşırıq müqaviləsinin hər bir
iştirakçısının istənilən vaxt müqaviləni ləğv etmək ixtiyarı vardır (MM-in 786.1-ji maddəsi). Söhbət həm vəka-
lət verənin, həm də vəkalət alanın heç bir arqument, motiv və dəlil gətirmədən tapşırıq müqaviləsini birtə-
rəfli qaydada ləğv etmək hüququndan gedir. Bu onunla izah olunur ki, tapşırıq müqaviləsi üzrə münasibətlər
tərəflərin bir-birinə xüsusi olaraq etibar etmələrinə əsaslanır; əgər etibar itərsə, müqavilə də xitam olunmalıdır.
Roma hüququnda da bu cür qayda nəzərdə tutulmuşdu.
Müqavilənin hər bir iştirakçı tərəfindən ləğv edilməsi tapşırıq müqaviləsinin xitam edilməsinin xüsusi halı-
dır. Özü də müqaviləni bu cür qaydada ləğv olunması öhdəliyin pozulması yox, hüquqa uyğun hesab edilir.
Müqavilənin göstərilən əsasla xitam edilməsi tərəflərin bir-birinə sadəjə olaraq xəbər və məlumat ver-
|