zərdə tutulmayan, lakin qanunvericiliyə zidd olmayan müqavilələrdən və digər əqdlərdən də yarana bi-
lər (MM-in 14-cü maddəsi). Mülki hüquq münasibətləri əsasən mülki-hüquqi müqavilələrdən əmələ gəlir ki, bu
müqavilələrin hüquqi parametrləri MM-də göstərilmişdir. Bu münasibətlərin MM-də və digər mülki qanunveri-
cilik aktlarında nəzərdə tutulmayan müqavilələr əsasında yaranması istisna edilmir. Məsələn, bizim mülki qa-
nunvericilik xidmət (məsələn, vəkil xidməti, həkim xidməti, audit xidməti, məsləhət xidməti və s.) göstərilməsi
özrə müqavilə növü tanımır. Amma buna baxmayaraq, həmin müqavilənin bağlanması mümkündür. Bu müqa-
vilədən əmələ gələn hüquq münasibətlərinin əhəmiyyəti olacaqdır.
Mülki hüquq münasibətlərinin altıncı xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər analogiya əsasında
da yarana bilər. Söhbət hüququn analogiyasından və qanunun analogiyasından gedir.
Mülki hüquq münasibətlərinin yeddinci xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərdə iştirak edən sub-
yektlər vəsiyyət sərəncamı etmək ixtiyarına malikdirlər. Belə ki, mülkiyyət hüquq münasibətinin subyekti
olan şəxs öz əmlakını istənilən şəxsə vəsiyyət edə bilər. Digər hər hansı bir hüquq sahəsi öz subyektlərinə bu
cür imkan vermir.
|