borclu şəxs tərəfində bir yox, bir neçə subyekt iştirak edir. Belə halda münasibətlər mürəkkəb xarakter alır.
Məsələn, yaşayış evi vərəsəlik yolu ilə atadan dörd qardaşa keçir. Bu qardaşlar həmin evi ər-arvada satırlar.
Başqa bir misalda üç nəfər vətəndaş ümumi mülkiyyət hüququ əsasında beş nəfər vətəndaşa məxsus olan əmla-
kı yandırır və bununla onlar arasında delikt hüquq münasibəti əmələ gəlir.
Bəzi hüquq münasibətlərində borclu şəxs tərəfində əhatə dairəsi müəyyən edilməyən, yəni qeyri-müəyyən saylı
borclu şəxslər çıxış edə bilərlər. Məsələn, mülkiyyət hüquq münasibətlərində belədir. Elə götürək müəlliflik hü-
quq münasibətlərini. Burada əsərin müəllifi (əsərə müəlliflik hüququnun subyekti) səlahiyyətli şəxsdir. Ona qarşı
qeyri-müəyyən saylı, əhatə dairəsi bilinməyən borclu şəxslər dururlar: onlar müəllifin hüquqlarını pozmamaq ki-
mi vəzifə daşıyırlar.
Səlahiyyətli şəxs və borclu şəxs mülki hüquq münasibətinin tərəfləri adlanır. Hər bir tərəfi, bir az əvvəldə
qeyd etdiyimiz kimi, bir və ya bir neçə subyekt təmsil edə bilər. Müqavilə hüquq münasibətlərində tərəflərdən
biri (qarşı tərəf) kontragent (lat. contrakens — razılıüa gələn, müqavilə bağlayan) adlanır. Məsələn, alqı-satqı
hüquq münasibətində alıcı kontragent hesab edilir və ya alıcıya qarşı duran satıcı kontragent sayılır və s.
Belə bir fikri söyləmək yersiz və artıqdır ki, mülki hüquq münasibətlərinin subyekti yalnız insanlar və ya in-
sanların birliyinə əsaslanan qrupu (qurumu) ola bilər. Heyvanların bu münasibətlərdə subyekt qismində iştirak
etməsi, istisnasız olaraq, mümkün deyil. Onlar mülki hüquq münasibətlərinin obyekti ola bilər. Məsələn, hey-
vanların alqı-satqı müqaviləsinin obyekti (predmeti) olmasını mülki qanunvericilik ayrıca olaraq nəzərdə tutur
(MM-in 608-613-cü maddələri). Bundan əlavə, mülki qanunvericilikdə heyvanlarla bağlı münasibətləri təznim-
ləyən bir sıra normalar ifadə olunmuşdur. Məsələn, MM-in 192-ci maddəsi nəzarətsiz heyvanlarla əlaqədar mə-
63
sələləri nizama salır. MM-in 135-ci maddəsinin 3-cü bəndində heyvanların əşya olması, onların hüquqi vəziy-
yətinin xüsusi qanunlarla müəyyənləşdirilməsi, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyala-
rın hüquqi reæiminin heyvanlara şamil edilməsi barədə göstəriş ifadə edilir.
Bununla belə, heyvanlar bəzi ölkələrdə «hüquq münasibətlərinin iştirakçısı» ola bilər. Məsələn, mətbuatın
verdiyi məlumata görə, ABŞ-da heyvanlar «hüququn subyekti» kimi çıxış edə, «vərəsə» ola bilər və s. Hələ in-
qilabaqədərki hüquq ədəbiyyatında müəlliflərdən L.Petraæitski at, ev itinin hüquq münasibətlərində iştirak et-
məsinin mümkünlüyü barədə fikir irəli sürürdü. O, göstərirdi ki, bu münasibətlərə görə heyvanın sahibləri hey-
vanlardan müəyyən işləri yerinə yetirməyi və ona qulaq asmaüı tələb etmək, heyvanlar isə öz sahiblərindən on-
larla lazımi qaydada davranmaüı tələb etmək hüququna malikdir.
Mülki hüquq münasibətlərində iştirak edən subyektləri iki yerə bölmək olar:
●
fərdi subyektlər;
●
kollektiv subyektlər.
Dostları ilə paylaş: |