Fərdi subyektlər dedikdə, mülki hüquq münasibətlərində subyekt qismində çıxış edən fiziki şəxslər başa
düşülür. Fiziki şəxslər kateqoriyasına aiddir:
●
Azərbaycan Respublikasının vətəndaşları;
●
xarici ölkə vətəndaşları (əcnəbilər);
●
vətəndaşlıüı olmayan şəxslər (apatridlər);
●
ikiqat vətəndaşlıüı olan şəxslər (bipatridlər).
Mülki hüquq münasibətlərində subyekt qismində çıxış edən fiziki şəxslərin mütləq əksəriyyətini Azərbay-
can Respublikasının vətəndaşları təşkil edirlər. Vətəndaşlıq Azərbaycan Respublikasının «Vətəndaşlıq haq-
qında» qanunu ilə müəyyən edilir.
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər, apatridlər və bi-
patridlər ölkəmizin vətəndaşlarının istifadə etdiyi mülki hüquqlardan istifadə edirlər. Qanun onlara geniş əm-
lak və şəxsi qeyri-əmlak hüquqları verir. Həmin şəxslər öz istək və mülahizələrinə görə istənilən hər hansı mül-
ki hüquq münasibətinə girə və bu münasibətdə subyekt rolunda çıxış edə bilərlər. Amma bir şərtlə ki, qanun bu-
nu qadaüan etməsin. Əgər qanun qadaüan edərsə, onda onlar mülki hüquq münasibətlərində subyekt qismində
iştirak edə bilməzlər. Məsələn, əcnəbilərin və apatridlərin Azərbaycan Respublikasında torpaüın mülkiyyətçisi
olması yolverilməzdir.
Dostları ilə paylaş: |