Renta anlayışı müasir dövrdə bir çox Avropa ölkələrinin mülki hüquq sistemində geniş surətdə istifadə edi-
lir. Almaniya Mülki Qanunnaməsinin üçüncü kitabının 8-ci bölməsinin əhatə etdiyi məsələlərdən biri renta
borcudur. Almaniya qanunvericiliyinə görə renta borcu dedikdə torpaq sahəsi hesabına vaxtaşırı olaraq ödəni-
lən müəyyən pul məbləği (torpaq borcu) başa düşülür (AMQ-nin 1199-cu paraqrafı). Hollandiya Mülki
Məcəlləsinin 7-ci kitabı kənd təsərrüfatı icarə müqaviləsini nəzərdə tutur. Bu müqavilə üzrə icarəçinin mülkiy-
yətçiyə ödədiyi pul məbləği renta adlanır. Deməli, renta mülkiyyətçiyə pul şəklində və digər formada verilən
Avropa ölkələrinin qanunvericiliyinə məlumdur (AMQ-nin 759-761-ci paraqrafları, FMM-in 1974-1978-ci
555
maddələri və s.). Renta müqaviləsi ilə renta münasibətləri tənzimlənir.
Renta münasibətlərinin tarixi mənbəyi orta əsr Avropa dövrünə gedib çıxır. lk dəfə olaraq hüquqi cəhətdən
bu münasibətləri məhz Avropa qanunvericiliyi rəsmiləşdirmişdir.
Renta münasibətlərinin əmələ meydana gəlməsi hüquq ədəbiyyatında iki səbəblə izah edilir. Birinci səbəb
ondan ibarət idi ki, öz daşınmaz əmlakını satmaq arzusunda olan mülkiyyətçi nəqd pulun çatışmaması nəticə-
Dostları ilə paylaş: