alan qismində yalnız vətəndaşlar iştirak edə bilərlər. Daimi renta müqaviləsini isə renta alan kimi həm və-
təndaşlar, həm də hüquqi şəxslər bağlaya bilərlər. Özü də hüquqi şəxsin kommersiya təşkilatı kimi növünün
bu müqavilədə renta alan rolunda çıxış etməsi istisna edilir, yəni qeyri-mümkündür (bunun səbəbi barədə
bir az sonra).
2. Müqavilənin predmeti və digər elementləri
Renta müqaviləsinə verilən anlayışdan məlum olur ki, müqavilənin predmeti kimi əmlak çıxış edir. Müqa-
vilənin predmeti həm daşınar, həm də daşınmaz əşya ola bilər. Xüsusən yaşayış evi, bağ, mənzil, qarac, me-
bel, torpaq sahəsi, binalar, qurğular, qiymətli metallardan məmulatlar, kolleksiyalar, müəssisə, qiymətli kağız-
lar, ümumiyyətlə, mülki (əmlak) dövriyyədə istifadəsi qadağan edilməyən bütün əmlak növlərinin rentaya veril-
məsi istisna edilmir.
Predmet renta müqaviləsinin mühüm şərti hesab edilir.
Müqavilənin elementlərindən biri olan forma MM ilə xüsusi qaydada tənzimlənir. MM-in 865-866-cı mad-
dələri renta müqaviləsinin formasının tənzimlənməsinə həsr edilmişdir. Belə ki, renta müqaviləsi renta alanın
və renta ödəyicisinin imzaladıqları adi bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır. Əgər renta müqa-
viləsi renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutarsa, bu cür müqavilə üçün
qanun notarial forma müəyyənləşdirir. Başqa sözlə desək, predmeti daşınmaz əmlak olan renta müqaviləsi no-
tariat qaydasında təsdiqlənir. Lakin müqavilənin öz hüquqi məqsədinə çatması üçün onun təkjə notariat qay-
dasında təsdiqlənməsi kifayət deyildir. Bunun üçün zəruridir ki, müqaviləyə görə daşınmaz əmlak üzərində
mülkiyyət hüququnun renta alandan renta ödəyicisinə keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınsın (MM-in 866-cı maddəsi).
Renta müqaviləsinin notariat qaydasında təsdiqlənməsi barədə qanunun müəyyən etdiyi tələb renta alanın
mənafeyinin müdafiəsinə yönəlmişdir. Bu vasitə ilə renta alanın hüquqlarının müdafiəsi təmin edilir. Belə ki,
renta müqaviləsi bağlanarkən bir çox hallarda sui-istifadə və qanunun tələblərinə əməl etməmə hallarına yol ve-
rilir. Renta alan öz hüquqlarını və bağladığı renta müqaviləsinin nəticələrini dərindən anlamır və başa düşmür.
558
Bu cür hallarda müqavilənin notarial qaydada təsdiqlənməsi onun məzmununun qanuni olmasını, müqavilə
bağlayan tərəflərin əsl iradə və niyyətlərinin müəyyən edilməsini təmin edən hüquqi vasitəyə çevrilir.
Müqavilə nin qiymə ti dedikdə renta ödəyicisinin renta alana ödədiyi renta başa düşülür. Renta müəyyən pul
məbləği formasında verilir. Tərəflərin razılığı ilə digər renta formaları da nəzərdə tutula bilər (MM-in 870-ci
maddəsi). Bu cür renta formasına aiddir:
●
əmlak verilməsi;
●
işlər görülməsi;
●
xidmətlər göstərilməsi.
Özü də verilən əmlak, görülən iş və ya göstərilən xidmət rentanın də yə rjə pul mə bləğ inə uyğun gəlməlidir.
Rentanın miqdarı müqavilədə nəzərdə tutulur. Həm də renta alana ödənilən rentanın miqdarı minimum əmək
haqqı miqdarının artırılmasına mütənasib surətdə artırılır. Bu barədə renta müqaviləsində tərəflərin razılığı ilə
başqa qayda da nəzərdə tutula bilər. Lakin renta ödənişinin əsas forması puldur.
Renta müqavilə sinin müddə ti onun qüvvədə olma müddətini ifadə edir. Renta müqaviləsinin növündən
asılı olaraq müqavilənin müddəti həm məhdudlaşa, həm də məhdudlaşmaya bilər. Özü də renta müqaviləsinin
iki növü fərqləndirilərkən müqavilənin qüvvədə olma müddəti əsas meyar və əlamət kimi götürülmüşdür. Bu
baxımdan renta müqaviləsinin iki növü fərqləndirilir: müddətli renta müqaviləsi (ömürlük renta müqaviləsi);
müddətsiz renta müqaviləsi (daimi renta müqaviləsi).
Dostları ilə paylaş: |