§ 2. Renta müqaviləsinin elementləri
1. Tərəflər
Renta müqaviləsi iki şəxs arasında bağlanır ki, bunlara müqavilənin tərəfləri deyilir. Müqavilənin bağlanma-
sında iki tərəf iştirak edir: renta alan; renta ödəyicisi.
Renta alan elə bir tərəfdir ki, o, öz əmlakını vaxtaşırı (dövri) müəyyən pul məbləği şəklində renta almaq
məqsədi ilə digər tərəfə, yəni renta ödəyicisinə verir. Renta alana renta kreditoru da deyilir.
Renta ödəyicisi elə bir tərəfdir ki, o, renta alandan mülkiyyətinə qəbul etdiyi əmlakın müqabilində renta ala-
na renta ödəyir. O, həm də renta borclusu adlanır.
Renta ödəyicisi barədə, onun tərkibi haqqında qanunda heç bir məhdudiyyət nəzərdə tutulmur. Belə ki, istə-
nilən hər hansı bir vətəndaş və hüquqi şəxs renta ödəyicisi rolunda müqavilə bağlanmasında iştirak edə
bilər. Hüquqi şəxsin renta ödəyicisi rolunda çıxış etməsinin onun kommersiya və ya qeyri-kommersiya təşkilatı
olmasından asılı deyildir. Bu o deməkdir ki, həm kommersiya təşkilatları, həm qeyri-kommersiya təşkilat-
ları əmlakı renta ödənilməsi üçün əldə etmək ixtiyarına malikdir.
Qeyd etmək lazımdır ki, indiki qanunvericilikdə köhnə qanunvericilikdəkindən fərqli olaraq renta alanın
ə
mək qabiliyyətinə malik olmaması haqqında tələb irəli sürülmür. Renta alan rolunda vətəndaşların və ya hüqu-
qi şəxslərin çıxış etmələri renta müqaviləsinin növündən asılıdır. Belə ki, ömürlük renta müqaviləsində renta
Dostları ilə paylaş: |