ınmaz əşyanın renta ilə yüklülüyü haqqında qayda müəyyən edir (MM-in 868-ci maddəsi). Bu qaydaya gö-
rə renta ödəyicisi onun mülkiyyətinə verildiyi daşınmaz əşya üzərində sərənjam vermək ixtiyarına malikdir.
Onun hüququ var ki, həmin əşyanı özgəninkiləşdirsin (satmaq, bağışlamaq və s). Lakin o, əşyanın renta ilə yük-
lü olması barədə yeni mülkiyyətçiyə qabaqcadan xəbər verməlidir.
Renta ödəyicisi müqavilənin predmeti olan torpaq sahəsini, binanı, qurğunu və digər başqa əşyanı özgənin-
kiləşdirərkən o, renta ödənişi üzrə öhdəliyin yerinə yetirilməsindən azad edilir. Bu cür halda renta ödəyici-
sinin renta müqaviləsi üzrə, habelə renta ödənişi üzrə öhdəlikləri avtomatik olaraq yeni mülkiyyətçiyə (əldə
edənə) keçir. Daşınmaz əşyanın özgəninkiləşdirilməsini nəzərdə tutan müqavilənin bağlanması nəticəsində ye-
ni mülkiyyətçi (əldə edən) həmin əşya üzərində mülkiyyət hüququ qazanır. Deməli, göründüyü kimi əmlakın
arxasınja renta ödənişi üzrə öhdəlik də əmlakın yeni sahibinə keçir. Bu onu ifadə edir ki, renta, renta ödənilməsi
üçün daşınmaz əşyanı yüklü edir. Renta ilə yüklü edilmiş daşınmaz əşya özgəninkiləşdirilərkən renta alanın
Dostları ilə paylaş: |