özgəninkiləşdirməyə razılığı tələb olunmur.
Bununla bərabər, renta ilə yüklü olan daşınmaz əşyanı yeni mülkiyyətçiyə verən şəxs mülki-hüquqi məsu-
liyyətdən azad edilmir. O, renta alanın renta müqaviləsinin pozulması ilə əlaqədar əmələ gəlmiş tələbləri üzrə
yeni mülkiyyətçi (əldə edən) ilə subsidiar məsuliyyət daşıyır. Bu cür məsuliyyət o vaxt yaranır ki, qanunda və
ya müqavilədə həmin öhdəlik üzrə birgə məsuliyyət müəyyənləşdirilməsin (MM-in 868.2-ci maddəsi).
Renta alanın hüquq və mənafelərinin əlavə müdafiə təminatlarından biri renta ödənilməsinin təmin edilmə-
si haqqında qaydadır (MM-in 869-cu maddəsi). Renta ödənilməsi üçün verilən əmlakın növündən asılı olaraq
qanun renta ödənilməsinin təmin edilməsinin müxtəlif mexanizmini müəyyən edir. Belə ki, əgər renta ödənil-
məsi üçün torpaq sahəsi və ya digər daşınmaz əşya verilərsə, onda renta alan həmin əşyaya ipoteka hüququ əl-
də edir. Belə halda ipoteka hüququ renta ödəyicisi tərəfindən öz üzərinə götürdüyü öhdəliyin icrasını tə-
Dostları ilə paylaş: |