§ 3. Müqavilənin məzmunu
1. Renta alanın hüquqları
Renta alanın və renta ödəyicisinin hüquq və vəzifələri renta müqaviləsinin məzmununu təşkil edir. Renta
müqaviləsi birtərəfli müqavilə olduğuna görə renta alan yalnız hüquqa malikdir. O, müqavilə üzrə vəzifə
daşımır. Renta müqaviləsi real müqavilə olduğu üçün renta alanın öz əmlakını renta ödəyicisinin mülkiyyətinə
vermək kimi vəzifəsi yoxdur. Deməli, renta müqaviləsi üzrə renta alan yalnız müəyyən hüquqlara malikdir.
Renta alanın əsas hüququ renta ödənişlərini tələb etməkdən ibarətdir. O, rentanın müqavilədə nəzərdə
tutulan formada və miqdarda, habelə vaxtaşırı verilməsini tələb etmək ixtiyarına malikdir. Renta alanın bu
hüququ əmlak renta ödəyicisinə verildikdən sonra əmələ gəlir. Bu cür vəziyyətdə renta ödəyicisinin vicdansız hə-
rəkətlər etmək ehtimalına qarşı renta münasibətlərinin sabitliyini təmin edən müəyyən qarantiya tədbirlərinə
ehtiyac yaranır. Qanun bu cür tədbirlər müəyyən edir və bununla renta alanın mənafeyini təmin edir.
Renta alanın hüquqlarını müdafiə etmək və renta münasibətlərinin sabitliyini təmin etmək üçün qanun da-
ş
Dostları ilə paylaş: |