viləsindən fərqli olaraq renta müqaviləsi əvəzlidir.
Bununla bərabər, əmlakın özgəninkiləşdirilməsinə yönələn müqavilə növlərindən renta müqaviləsi spesifik
ə
lamətə malik olması ilə fərqlənir. Demək olar ki, bütün müəlliflər renta müqaviləsini aleator (risklə bağlı, la-
tınja «alea»- oyun sümüyü, təsadüfilik) müqavilə növünə şamil edirlər. Bu, onun xarakterik xüsusiyyətidir.
Bununla yanaşı, bəzi alimlər renta müqaviləsinin aleator müqavilə olması ideyasını tam və qəti şəkildə qəbul
etmirlər. Məsələn, inqilabaqədərki Rusiya müəlliflərindən K.Pobedonostsev renta müqaviləsinin aleator xarak-
ter daşımasına şübhə ilə yanaşmışdır. Qeyd etməliyik ki, Fransa MM-in üçüncü kitabının 14-cü bölməsi risk
(aleator) müqavilələrinə həsr edilmişdir. Həmin məcəllənin 1964-cü maddəsi aleator müqavilə kimi renta mü-
qaviləsinin adını çəkir. Fransa hüquq ədəbiyyatında isə renta müqaviləsinin özünün hüquqi xarakteri və təbiəti
etibarı ilə aleator (riskli) xarakterli müqavilə növlərinə şamil edilməsi geniş işıqlandırılır
Müqavilənin aleator (riskli) xarakterə malik olması onu ifadə edir ki, burada müqavilənin son nəticəsi, onun
maddi qiyməti tamamilə məlum olmayan və ya təsadüfi olan və ya ehtimal edilən hadisədən asılı olaraq müəy-
yən edilir. Renta müqaviləsi bağlanarkən hansı tərəfin son nəticədə udub fayda götürməsi qabaqcadan məlum
olmur. Tərəflərdən hər birinin öz üzərinə götürdüyü risk elementi bu və ya digər kontragentin özünə verilən
ə
vəzdən az həcmdə qarşılıqlı əvəz alması ehtimalından ibarətdir. Onlar üçün nəticə (faydalanmaq və udmaq
ş
ansı və yaxud itirmək, uduzmaq şansı) yəqin edilməyən və şübhəli haldan asılıdır.
Renta müqaviləsi uzunmüddətli (uzunsürən) xarakterə malikdir. Belə ki, bu müqavilə renta alanın sağlığı
dövrü (ömrü boyu) üçün və ya müddətsiz (daimi) bağlana bilər. Müqavilənin qüvvədə olma müddəti ərzində
renta ödəyicisi öz vəzifəsini müntəzəm və mütəmadi olaraq yerinə yetirməyə borcludur.
Renta müqaviləsinin daha bir mühüm və başlıja xüsusiyyəti onunla şərtlənir ki, bu müqavilənin bağlanma-
sında iştirak edən tərəflərdən birinin-renta alanın mənafeyi xüsusi qaydada müdafiə edilir: müqavilənin gü-
zəştli şərtlərlə renta alan tərəfindən dəyişdirilməsi və xitam edilməsi; renta alana əlavə hüquq verilməsi; renta
ödəyicisinə əlavə vəzifə həvalə edilməsi; öz vəzifəsini icra etməməyə görə renta ödəyicisi üçün daha yüksək
Dostları ilə paylaş: |