renta alanın xeyrinə sığorta etdirmək. Bu halda sığorta təşkilatı ilə renta ödəyicisi arasında sığorta müqaviləsi
bağlanır.
Pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan renta müqavilə-
sinin renta ödənilməsinin təmin edilməsi barədə şərti müqavilənin mühüm şərti hesab edilir. Bu onu ifadə
edir ki, müqavilədə həmin şərtin nəzərdə tutulmaması renta müqaviləsinin bağlanmamış sayılmasını şərtlən-
dirir.
2. Renta ödəyicisinin vəzifələri
Renta müqaviləsi üzrə vəzifəni yalnız renta ödəyicisi daşıyır. Renta alandan fərqli olaraq o, müqavilə üz-
rə hüquqa malik deyildir. Bu, renta müqaviləsinin birtərəfli müqavilə olması ilə izah olunur.
Renta ödəyicisinin ən əsas vəzifəsi renta ödənilməsi üçün alınmış əmlakın müqabilində renta alana renta
ödəməkdən ibarətdir. O, renta ödənişini vaxtaşırı (dövri olaraq) ödəməyə borcludur. Renta ödəyicisinin göstə-
rilən öz əsas vəzifəsini yerinə yetirməsi üçün qanun renta ödənilməsinin təmin olunması üsullarını müəyyən
edir (MM-in 869-cu maddəsi). Biz əvvəlki yarımbaşlıqda bu məsələyə toxunduq. Belə təsəvvür yaranır ki, ren-
ta ödənişinin yerinə yetirilməsinə təminat vermək renta ödəyicisinin daşıdığı ikinci əsas vəzifədir. O, pul
məbləğinin renta ödənilməsi üçün verildiyi hallarda ya öz öhdəliklərinin icrasına təminat verməlidir, ya da
bu öhdəliklərin icra olunmaması və ya lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyri-
nə sığorta etdirməlidir.
Renta ödəyicisinin öhdəliyin icrasına təminat vermək və ya məsuliyyət riskini sığortalamaq vəzifəsini icra
etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, renta ödəyicisinin göstərilən həmin vəzifələri yerinə
yetirməməsi renta alana müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Renta alan bu hüquqdan
renta şərtlərinin təminatının renta alanın cavabdeh olmadığı əsaslara görə itirildiyi və ya pisləşdiyi hallarda da
istifadə edə bilər. Bu cür hallarda da müqavilə renta alanın tələbi ilə birtərəfli qaydada xitam edilir. Renta alan
müqavilənin ləğvi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Rentanın pul formasında ödənilməsi nəzərdə tutulduğu hallarda renta ödəyicisi pul öhdəliyinin icra edilmə-
məsi üçün məsuliyyət daşıyır (MM-in 449-cu maddəsi). O, pulun ödənilməsini gecikdirdiyinə görə həmin
vəsaitin məbləğindən faizlər ödəyir. Faizlərin miqdarı bank uçot dərəjəsi ilə müəyyənləşdirilir.
Dostları ilə paylaş: |