§ 4. Daimi renta müqaviləsi
1. Daimi renta müqaviləsinin əsas xüsusiyyətləri
Daimi renta müqaviləsi renta müqaviləsinin bir növüdür. MM-in 48 fəslinin 2-ci paraqrafına daxil olan nor-
malar (871-876-cı maddələr) bu hüquqi konstruksiyanı tənzimləyir.
Daimi renta müqaviləsinin qüvvədə olması müddətsizdir. Belə ki, bu müqavilədə renta ödənişinin kəsilmə-
si müddəti nəzərdə tutulmur. Daimi renta müqaviləsi renta müqaviləsinin digər növü olan ömürlük renta müqa-
viləsindən müddəti ilə, subyekt tərkibi ilə, özgəninkiləşdirilmə imkanı ilə fərqlənir.
Daimi renta müqaviləsinin əsas və başlıja xüsusiyyəti ondan ibarətdir ki, bu müqavilədə nəzərdə tutu-
lan renta ödənişi üzrə öhdəlik müddətsiz xarakter daşıyır. Bu onu ifadə edir ki, həmin müqavilə renta ödəni-
ş
inin kəsilməsi üçün müddət nəzərdə tutmur. Başqa sözlə desək, daimi renta müqaviləsinin qüvvədə ol-
ma müddəti hər hansı bir vaxt müddəti ilə məhdudlaşmır.
2. Müqavilənin elementləri
Daimi renta müqaviləsinin bağlanmasında iki tərəf iştirak edir: daimi renta alan; daimi renta ödəyicisi. Mü-
qavilənin tərəfləri qismində vətəndaşlar və hüquqi şəxslər çıxış edir.
Daimi renta alan rolunda hər hansı bir fiziki şəxs çıxış edə bilər. Fiziki şəxs tərəfindən renta alınması onun
sağlamlıq vəziyyətindən, yaşından, səhhətindən, əmək qabiliyyəti və digər amillərdən asılı deyildir.
Daimi renta alan qismində hüquqi şəxslərin yalnız qeyri-kommersiya təşkilatları (xeyriyyə, mədəni, təh-
sil, sosial və digər ijtimai faydalı məqsəd güdən fondlar, ijtimai və dini təşkilatlar və s.) çıxış edə bilər. Özü də
o qeyri-kommersiya təşkilatları ki, onların daimi renta almaları qanuna zidd olmasın və həmin təşkilatların
Dostları ilə paylaş: |