Renta ödəyicisinin rentanı müqavilə ilə müəyyənləşdirilmiş miqdarda və müddətlərdə ödəməyəjəyinə
açıq-aşkar dəlalət edən halların yaranması renta alana ixtiyar verir ki, o, daimi rentanın satın alınmasını qarşı
tərəfdən tələb etsin. Bu cür hallarda renta ödənişinin həyata keçirilməsi üçün ciddi təhlükə yaranır və onun ya-
xın vaxtlarda yerinə yetirilməsinə şübhə əmələ gəlir. Renta ödənişinin həyata keçirilməməsinin ehtimal olunan
proqnozu rentanın ödənilməyəjəyini açıq-aşkar sübut edən elə hallara əsaslanır ki, bununla yaxın vaxtlarda
(perspektivdə) renta alana renta ödənilməməsi ehtimalı müəyyən edilir. Məsələn, renta ödəyicisinin ödəniş qa-
biliyyətinin olmamasını bu cür hallardan biri hesab etmək olar. Lakin bu hal müflis elan edilmək demək deyil-
dir. Belə ki, şəxs bir qayda olaraq, məhkəmə qərarı ilə müflis elan edilə bilər.
Renta alanın tələbi ilə daimi rentanın satın alınmasının əsaslarından biri renta ödənilməsi üçün verilmiş
Dostları ilə paylaş: |