rilə bilməz və yaxud vərəsəlik üzrə keçə bilməz. Ona görə ki, bu hüquqlar renta alanın şəxsiyyəti ilə sıx surət-
də bağlıdır. Deməli, bu müqavilədən əmələ gələn öhdəlik şəxsi öhdəlikdir. Ona görə də renta alanın hüquqları-
nın başqa şəxslərə keçməsi istisna edilir. Dediklərimizdən belə çıxır ki, müqavilənin şəxsi öhdəlik yaratması
və renta alanın hüquqlarının başqalarına keçə bilməməsi ömürlük renta müqaviləsinin ikinci xüsusiyyətini
təşkil edir.
Beləliklə, ömürlük renta əşyanı renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya onun gös-
tərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün müəyyənləşdirilə bilər (MM-in 877.1-ci maddəsi). Ömürlük renta
müqaviləsindən əmələ gələn öhdəlik şəxsi xarakterə malik olduğuna görə renta alanın (kreditorun) ölümü
Dostları ilə paylaş: |