xslər, bələdiyyələr və dövlət çıxış edə bilər.
Ömürlük renta müqaviləsinin predmeti kimi dövriyyə qabiliyyətli istənilən daşınmaz və daşınar əmlak
növü çıxış edə bilər. Mülki dövriyyədə istifadəsi qadağan edilən əmlak bu müqavilənin predmeti ola bilməz.
Həm də predmet müqavilənin mühüm şərti sayılır.
Ömürlük renta müqaviləsinin müddəti onun qüvvədə olma müddətini ifadə edir. Bu müddət onu ifadə
edir ki, renta alanın ömrü boyu renta ödəyicisi renta ödənişini həyata keçirməyə borcludur. Özü də qanun
ömürlük rentanın hər təqvim ayının sonunda ödənilməsini nəzərdə tutur (MM-in 878-ci maddəsi). Müqavilə-
də ömürlük rentanın ödənilməsinin başqa müddətləri də nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |