tın almağı tələb edə bilər. Bununla da müqavilə xitam edilir. Ömürlük rentanın satın alınması daimi rentanın
satın alınması kimi eyni şərtlərlə həyata keçirilir (MM-in 875-ci maddəsi). Beləliklə, daimi renta müqaviləsin-
dən fərqli olaraq ömürlük renta müqaviləsi renta satın alınmadan da ləğv edilə bilər.
Renta ödəyicisinin müqaviləni mühüm dərəjədə pozması ömürlük renta müqaviləsinin başqa üsulla ləğv
edilməsinə səbəb ola bilər. Belə ki, ömürlük renta ödənilməsi üçün mənzilin, yaşayış evinin və s. əmlakın pul-
suz verildiyi halda, renta ödəyicisi müqaviləni mühüm dərəjədə pozarsa, onda renta alan həmin əmlakın qay-
tarılmasını tələb edə bilər. Əmlakın qaytarılması ilə müqavilə ləğv edilir. Bu halda əmlakın dəyəri rentanın sa-
tınalma qiyməti ilə əvəzləşdirilir (MM-in 879.2-ci maddəsi)
Dostları ilə paylaş: |