Renta ödəyicisinin ömürlük renta müqaviləsini mühüm dərəjədə pozması renta alanın təşəbbüsü ilə
müqavilənin vaxtından qabaq birtərəfli qaydada ləğv edilməsinin xüsusi əsasıdır. Qanun müqavilənin mühüm
dərəjədə pozulması anlayışının mənasını açıqlayır (MM-in 421.2-ci maddəsi). Belə ki, müqavilənin mühüm
dərəjədə pozulması dedikdə bir tərəfin digər tərəfə vurduğu zərər nəticəsində zərər çəkən tərəfin müqavilə
bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəjədə məhrum olması başa düşülür. Müqavilənin mühüm
dərəjədə pozulmasını şərtləndirən hallara qanunun (MM-in 874-cü maddəsi) analogiyası əsasında aid etmək
olar: renta ödəyicisinin renta ödənişini müntəzəm olaraq gecikdirməsi; məsuliyyət riskinin renta ödəyicisi tə-
rəfindən renta alanın xeyrinə sığorta etdirilməməsi; renta ödənilməsi üzrə öhdəliyin icrasına zaminliklə, gi-
rovla, behlə, dəbbə pulu ilə və s. təminat verilməməsi və s.
Müqavilənin mühüm dərəjədə pozulması renta ödəyicisi üçün arzuolunmaz və xoşagəlməz nəticələrə səbəb
olur. Bu cür halda renta alan müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi (MM-in 21-ci və 443-cü
maddələri) tələb edə bilər. Renta alan başqa alternativ də seçə bilər. Belə ki, o, renta ödəyicisindən rentanı sa-
Dostları ilə paylaş: |