öhdəliyin xitamına səbəb olur (MM-in 558.2-ci maddəsi).
2. Müqavilənin elementləri
Ömürlük renta müqaviləsinin bağlanmasında renta alan rolunda yalnız fiziki şəxslər çıxış edə bilər. Hüquqi
şə
xslərin renta alan rolunda müqavilə iştirakçısı olması istisna edilir. Belə ki, bu müqavilə renta alanın ömrü
(həyatı) boyu qüvvədə olur. Yalnız fiziki şəxs yaşamaq hüququndan istifadə etməklə ömür sürə bilər .
Renta alan rolunda təkjə bir nəfər fiziki şəxs yox, bir neçə fiziki şəxs (məsələn, ər-arvad, ailəyə yaxın olan
şə
xslər) də iştirak edə bilər. Belə ki, qanuna görə ömürlük rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdi-
rilməsinə yol verilir (MM-in 877.2-ci maddəsi). Hər bir fiziki şəxsə ödəniləjək renta payı ömürlük renta müqavi-
ləsi ilə müəyyənləşdirilir. Əgər bu, müqavilədə nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları
Dostları ilə paylaş: |