bərabər sayılır.
Renta alan fiziki şəxslərdən biri öldükdə onun payının hüquqi taleyi müəyyən xüsusiyyətlərə malikdir. Belə
ki, renta alanlardan birinin ölməsi payın ondan çox yaşayan renta alanlara keçməsinə səbəb olur (MM-in 877.3-
cü maddəsi). Məsələn, ər və arvad onların ümumi birgə mülkiyyətində olan yaşayış mənzilini ömürlük renta
müqaviləsi əsasında renta ödənilməsi üçün renta ödəyicisi olan hər hansı vətəndaşa verirlər. Ər ölür. Belə halda
renta almaq hüququnda ərin payı ondan çox yaşayan arvadına keçir.
Ölmüş renta alan fiziki şəxsin renta payını əldə edən sonuncu renta alan fiziki şəxsin həyatı da, şübhəsiz ki,
ə
bədi və daimi deyildir. Sonuncu renta alan şəxs öldükdə rentanı ödəmək öhdəliyinə xitam verilir (MM-in
877.3-cü maddəsi). Məsələn, bundan əvvəldə çəkdiyimiz yuxarıdakı misalda ölmüş ərin renta payını əldə edən
arvad da öldükdə rentanı ödəmək öhdəliyi ləğv edilir. Ona görə ki, ömürlük renta şəxsi öhdəlikdir və renta ala-
nın ölümü ilə həmin öhdəlik xitam olunur.
Renta alanlardan birinin ölməsi ilə renta almaq hüququnda payın ondan çox yaşayan renta alanlara keçməsi
barədə qanunun göstərişi (MM-in 877.3-cü maddəsi) imperativ yox, dispozitiv xarakterə malikdir. Belə ki, bu
məsələ barəsində ayrı qayda da nəzərdə tutula bilər.
Bəzi hallarda bağlanan ömürlük renta müqaviləsi hər hansı bir hüquqi nəticə yaratmır. Bu cür müqavilə puç
(əhəmiyyətsiz) hesab edildiyinə görə onun etibarsızlığına səbəb olur. Həmin müqavilə puç (mütləq etibarsız)
ə
qd sayılır. Məsələn, müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəy-
yənləşdirən müqavilə hüquqi əhəmiyyətə malik deyil (MM-in 877-ci maddəsinin 4-cü bəndi).
Müqavilənin ikinci tərəfi olan renta ödəyicisinə gəldikdə isə onu demək lazımdır ki, qanun onun subyekt
tərkibi barədə hər hansı bir məhdudiyyət müəyyən etmir. Ona görə də elə hesab edirik ki, ömürlük renta
ödəyicisi kimi müqavilənin bağlanmasında mülki hüququn bütün subyektləri, yəni vətəndaşlar, hüquqi
şə
Dostları ilə paylaş: |