Monist konsepsiyaya görə, yalnız subyektlərin hərəkəti hüquq münasibətlərinin obyekti ola bilər. Belə ki,
ancaq insanların hərəkəti, əməlləri hüquqi tənzimlənməyə məruz qalır, yalnız insanın davranışı hüquqi təsirə
cavab vermək iqtidarındadır. Maddi predmetlərə və əşyalara faktiki cəhətdən təsir etmək olar (istifadə etməklə,
məhv etmək vasitəsilə), amma onlara hüquqi cəhətdən təsir göstərmək qeyri-mümkündür. Bu konsepsiya tərəf-
darlarından biri olan O.S.Ioffe göstərirdi ki, obyektin ümumi anlayışı fəlsəfədə verilmişdir: obyekt dedikdə,
subyektə qarşı duran elə xarici predmet başa düşülür ki, subyektin fəaliyyəti və şüuru məhz ona yönəlir. Buna
uyüun olaraq, o, mülki hüquq münasibətinin obyektinə anlayış verirdi: mülki hüquq münasibətinin obyekti odur
ki, mülki subyektiv hüquq və mülki hüquqi vəzifə məhz ona yönəlir, daha doürusu, ona təsir göstərir. Müəllif
daha sonra göstərirdi ki, xarici aləmin bütün hadisələri arasında yalnız insanın davranışı subyektiv hüquq və və-
zifələrin göstərdiyi təsirə cavab verə bilər. Nə əşyalar, nə şəxsi qeyri-maddi nemətlər bu cür təsirə cavab ver-
mək iqtidarındadır. Ona görə də əşyalar, şəxsi qeyri-maddi nemətlər hüququn obyekti ola bilməz. O.S.Ioffenin
fikrincə, hüquq münasibətinin obyekti insanın davranışından, onların fəaliyyət və ya hərəkətlərindən ibarətdir.
Başqa bir müəllif N.Q.Aleksandrovun mövqeyincə, hüququn obyekti odur ki, məhz hüquq münasibəti ona
təsir göstərir. Müəllif buradan belə nəticə çıxarırdı ki, hüquq münasibətinin obyekti həmin münasibətdə iştirak
edən şəxslərin hərəkətindən ibarətdir. Sovet müəlliflərindən Y.M.Maqaziner göstərirdi ki, hər bir hüququn ob-
yekti başqa şəxsin hərəkətidir. Onun fikrincə, mülki hüquq münasibətinin obyektini insanın davranışı təşkil
edir. Öhdəlik hüquq münasibətində iştirak edən səlahiyyətli şəxsə başqa şəxsin (borclu şəxsin) hərəkətinə olan
hüquq məxsusdur və bu, onu göstərir ki, öhdəlik hüquq münasibətinin obyekti yalnız hərəkətdən ibarət ola bi-
lər.
Beləliklə, monist konsepsiyaya görə, bütün hüquq münasibətlərinin ümumi, vahid və yeganə obyekti vardır.
Bu, insanın davranışından ibarətdir. Həmin obyekt təkdir. Ona görə də monist konsepsiya obyektin təkliyi nə-
Dostları ilə paylaş: |