Plüralist konsepsiyaya görə, hüquqla tənzimlənən ictimai münasibətlər, həmçinin həyatın özü rəngarəng və
cürbəcürdür. Buna uyüun olaraq hüquq münasibətlərinin obyektləri də müxtəlifdir. Belə ki, hüquq normaları
təkcə insanlara təsir etmir. Bu normalar həm də insanlar vasitəsilə maddi dünyanın obyektlərinə, sosial birliklə-
rə, təşkilatlara, idarələrə təsir göstərir. Səlahiyyətli şəxsə təkcə hərəkətə olan hüquq yox, həm də müəyyən ne-
mətlərə olan hüquq məxsusdur. Hüquqi təsirə cavab verməyə gəldikdə isə onu həddindən artıq hərfi mənada ba-
ş
a düşmək lazım deyil. Hər bir hüquq münasibəti növündən və xarakterindən, onun məzmunundan (subyektiv
hüquq və hüquqi vəzifədən) asılı olaraq özünün obyektinə malikdir. Ona görə də hüquq münasibətlərinin tək və
yeganə yox, çoxlu və müxtəlif obyektləri vardır. Plüralist konsepsiya obyektlər çoxluüu nəzəriyyəsidir.
Plüralist konsepsiyaya görə, mülki hüquq münasibətlərinin obyektlərinə maddi nemətlər (əşyalar, əmlak
növləri, pul, qiymətli kaüızlar), şəxsi-qeyri maddi nemətlər (insanın həyatı, şərəfi, ləyaqəti, saülamlıüı, təhlükə-
sizliyi, toxunulmazlıüı və s.), əqli mülkiyyət obyektləri, yəni yaradıcılıq fəaliyyətinin nəticələri (elm, ədəbiyyat,
incəsənət əsərləri, ixtiralar, sənaye nümunələri, faydalı modellər və s.), subyektlərin hərəkəti (işlər, xidmətlər),
informasiya daxildir. Özü də hüquq ədəbiyyatında bu konsepsiya tərəfdarlarının mövqeyi üstünlüyə malikdir.
Bizim fikrimizcə, plüralist nəzəriyyə tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır.
RF-in müasir mülki qanunvericiliyi plüralist konsepsiya — obyektlər çoxluüu nəzəriyyəsi tərəfdarlarının möv-
qeyini nəzərə almışdır. Belə ki, bu qanunvericiliyə görə, mülki hüquq münasibətlərinin obyektlərinə əşyalar, pul,
qiymətli kaüızlar, əmlak hüquqları, digər əmlak növləri, işlər və xidmətlər, informasiya, əqli fəaliyyətin nəticələri,
qeyri-maddi nemətlər daxildir (MM-in 128-ci maddəsi).
Ölkəmizin mülki qanunvericiliyi plüralist konsepsiyanı rəsmən dəstəkləyərək, mopist konsepsiyadan və əşya
nəzəriyyəsindən imtina etmişdir. Azərbaycan Respublikası MM-in 4-cü maddəsi mülki hüquq münasibətlərinin
obyektlərinin dairəsini müəyyən edir. Burada ümumi formada obyektlərin çoxluüu nəzəriyyəsi ifadə olunur:
●
maddi nemətlər;
●
əmlak dəyəri olan qeyri-maddi nemətlər;
●
əmlak dəyəri olmayan qeyri-maddi nemətlər.
Göründüyü kimi, bizim ölkə qanunvericiliyi mülki hüquq münasibətləri obyektlərini üç növə bölür. Yeri gəl-
mişkən qeyd edək ki, mülki hüquq münasibətləri obyektlərinin təsnifatı, yəni növlərə bölünməsi sivilistika dokt-
rinasında (elmində) mübahisə doüuran məsələlərdəndir. Bəzi müəlliflər dörd növlü təsnifata üstünlük verirlər: əm-
lak; hərəkət; əqli fəaliyyətin nəticələri; qeyri-maddi nemətlər. Bəzi müəlliflər üç növlü təsnifatı daha aülabatan sa-
yırlar: əmlak (əşyalar, əmlak hüquqları, pul, qiymətli kaüızlar); hərəkət; qeyri-maddi nemətlər. Azərbayjan Res-
publikasının mülki qanunvericiliyi üç növlü təsnifatı nəzərdə tutur.
Dostları ilə paylaş: |