Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə201/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   197   198   199   200   201   202   203   204   ...   1820
§ 3. Mülki hüquq münasibətinin hüquqi məzmunu 

1. Subyektiv mülki hüquq  

Qeyd etdik ki, mülki hüquq münasibətinin hüquqi məzmununun strukturu (quruluşu) iki elementdə



ibarətdir: subyektiv mülki hüquqdan; subyektiv mülki-hüquqi vəzifədən. Bu elementlər birləşərək mülki 

hüquq münasibətinin hüquqi məzmununu təşkil edir.  

Fiziki şəxslər və təşkilatlar mülki hüquq münasibətlərinə girirlər. Bu, onu ifadə edir ki, onlar mülki hüquq və 

vəzifələr əldə edirlər. Mülki hüquq münasibəti subyektləri əldə etdikləri bu hüquq və vəzifələrə uyüun olaraq 

bir-biri  ilə  qarşılıqlı  əlaqəyə  girir,  bir-birinə  qarşılıqlı  təsir  göstərirlər.  Məhz  bu  cür  qarşılıqlı  əlaqə  və  təsir 

nəticəsində mülki hüquq münasibəti yaranır. Məsələn, alqı-satqı hüquq münasibətində satıcı satdığı əmlakın pu-

lunun ödənilməsini alıcıdan tələb etmək hüququ əldə edir. Satıcının özərinə əmlakı alıcıya vermək vəzifəsi dü-

ş

ür. Alıcı üçün isə satın aldığı əmlakın pulunu ödəmək vəzifəsi yaranır. O, həm də əmlakın verilməsini satıcı-



dan tələb etmək hüququna malikdir. Sərnişin daşıma hüquq münasibətində daşıyıcı (nəqliyyat təşkilatı) sərni-

ş

indən gediş pulu almaq hüququna malikdir. Daşıyıcı üçün həm də sərnişini təyinat yerinə çatdırmaq vəzifəsi 



ə

mələ gəlir. Sərnişinin isə özərinə gediş haqqını ödəmək vəzifəsi düşür. Sərnişin həm də onun təyinat yerinə 

çatdırılmasını tələb etmək hüququna malikdir. Borc hüquq münasibətində borc verən borcun geri qaytarılmasını 

tələb etmək hüququ qazanır. Borc alan isə borcu geri qaytarmaq vəzifəsini daşıyır.  

Bax, satıcının, alıcının, daşıyıcının, sərnişinin və s. malik olduüu, əldə etdiyi bu cür hüquqlar subyektiv mül-

ki  hüquqlar  adlanır.  Bu  hüquqlar  ona  görə  «subyektiv»  adlanır  ki,  birincisi,  həmin  hüquqlar  konkret  olub, 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin