mülki hüquq münasibətlərinin konkret subyektlərinə məxsusdur. kincisi, həmin hüquqlar mülki hüquq
münasibəti subyektinin iradəsindən asılıdır və buna görə də subyektiv xarakterə malikdir. Hüquq haqqın-
da sərəncam vermək, ancaq subyektin iradəsindən asılıdır.
Subyektiv mülki hüquqdan fərqli olaraq obyektiv mülki hüquq (obyektiv mənada mülki hüquq) mülki hüquq
münasibətində iştirak edən konkret subyektin iradəsindən asılı deyil. Bildiyimiz kimi, obyektiv mənada mülki
hüquq dedikdə, mülki hüquq normalarının məcmusu başa düşülür. Deməli, obyektiv mənada mülki hüquq, elə
müstəqil hüquq sahələrindən biri kimi mülki hüququn özü deməkdir. O, şəxsən heç kəsə (hər hansı subyektə)
məxsus deyildir.
Satıcının, alıcının, daşıyıcının və s. yuxarıdakı müvafiq hüquq münasibətləri özrə daşıdıqları vəzifələr isə
subyektiv mülki-hüquqi vəzifələr adlanır. Bu vəzifələr ona görə «subyektiv» adlanır ki, həmin vəzifələr konk-
Dostları ilə paylaş: |