ret olub, mülki hüquq münasibətinin konkret subyektinin özərinə qoyulur və bu subyektin iradəsindən
asılı olur.
Subyektiv mülki hüquq və subyektiv mülki-hüquqi vəzifə cüt kateqoriyalardır. Konkret hüquq münasibətləri
çərçivəsində onlar bir-birinə uyüun gəlirlər: məsələn, alqı-satqı hüquq münasibətində satıcının əşyanın pulunu
almaq kimi subyektiv hüququ alıcının əşyanın pulunu ödəmək kimi subyektiv hüquqi vəzifəsinə, sərnişin daşı-
ma hüquq münasibətində daşıyıcının gediş haqqını almaq və tələb etmək kimi subyektiv hüququ sərnişinin ge-
diş haqqını ödəmək kimi subyektiv vəzifəsinə və s. uyüundur. Əgər mülki hüquq münasibəti subyektlərindən
biri (məsələn, satıcı, daşıyıcı, borc verən və s.) subyektiv mülki hüquqa malik olmazsa, onda o biri subyekt
(məsələn, alıcı, sərnişin, borc alan və s.) üçün hər hansı bir hüquqi vəzifə əmələ gəlmir: satıcının əşyanın pulu-
nu almaq hüququ yoxdursa, onda alıcının özərinə əşyanın pulunu ödəmək vəzifəsi necə qoyula bilər? Subyektiv
mülki hüquqsuz subyektiv vəzifə olmadığı kimi, subyektiv vəzifəsiz də subyektiv mülki hüquq yoxdur. Mülki
hüquq münasibəti subyektlərindən birinin malik olduüu subyektiv hüquq yalnız o halda məna kəsb edə bilər ki,
bu hüquqa uyüun gələn müvafiq vəzifə digər subyektin özərinə qoyulsun və ona həvalə edilsin.
Dediklərimiz bizə belə bir nəticəyə gəlmək imkanı verir ki, cüt kateqoriyalar olan subyektiv mülki hüquq və
subyektiv vəzifə bir-birilə qırılmaz surətdə bağlı olub, dialektik vəhdətdədir. Bu, öz ifadəsini, heç olmazsa, ən
azı iki subyekt arasında əmələ gələn real ictimai münasibətlərdə tapır. Subyektiv mülki hüquq və subyektiv
Dostları ilə paylaş: |