Microsoft Word mulki huquq doc


ret olub, mülki hüquq münasib



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə203/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   199   200   201   202   203   204   205   206   ...   1820
ret olub, mülki hüquq münasibətinin konkret subyektinin özərinə qoyulur və bu subyektin iradəsində

asılı olur

Subyektiv mülki hüquq və subyektiv mülki-hüquqi vəzifə cüt kateqoriyalardır. Konkret hüquq münasibətləri 

çərçivəsində onlar bir-birinə uyüun gəlirlər: məsələn, alqı-satqı hüquq münasibətində satıcının əşyanın pulunu 

almaq kimi subyektiv hüququ alıcının əşyanın pulunu ödəmək kimi subyektiv hüquqi vəzifəsinə, sərnişin daşı-

ma hüquq münasibətində daşıyıcının gediş haqqını almaq və tələb etmək kimi subyektiv hüququ sərnişinin ge-

diş haqqını ödəmək kimi subyektiv vəzifəsinə və s. uyüundur. Əgər mülki hüquq münasibəti subyektlərindən 

biri  (məsələn,  satıcı,  daşıyıcı,  borc  verən  və  s.)  subyektiv  mülki  hüquqa  malik  olmazsa,  onda  o  biri  subyekt 

(məsələn, alıcı, sərnişin, borc alan və s.) üçün hər hansı bir hüquqi vəzifə əmələ gəlmir: satıcının əşyanın pulu-

nu almaq hüququ yoxdursa, onda alıcının özərinə əşyanın pulunu ödəmək vəzifəsi necə qoyula bilər? Subyektiv 

mülki hüquqsuz subyektiv vəzifə olmadığı kimi, subyektiv vəzifəsiz də subyektiv mülki hüquq yoxdur. Mülki 

hüquq münasibəti subyektlərindən birinin malik olduüu subyektiv hüquq yalnız o halda məna kəsb edə bilər ki, 

bu hüquqa uyüun gələn müvafiq vəzifə digər subyektin özərinə qoyulsun və ona həvalə edilsin.  

Dediklərimiz bizə belə bir nəticəyə gəlmək imkanı verir ki, cüt kateqoriyalar olan subyektiv mülki hüquq və 

subyektiv vəzifə bir-birilə qırılmaz surətdə bağlı olub, dialektik vəhdətdədir. Bu, öz ifadəsini, heç olmazsa, ən 

azı iki subyekt arasında əmələ gələn real ictimai münasibətlərdə tapır. Subyektiv mülki hüquq və subyektiv 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin