Subyektiv mülki-hüquqi vəzifə dedikdə, borclu şəxsin lazımi və ya tələb olunan elə bir davranış ölçüsü
başa düşülür ki, bu ölçü mülki hüquq normaları ilə müəyyən edilir. Onun əsasını hüquqi cəhətdən ifadə
edilmiş zərurət təşkil edir. Əgər subyektiv mülki hüququn daşıyıcısı səlahiyyətli şəxsdirsə, subyektiv mülki-hü-
quqi vəzifənin daşıyıcısı borclu şəxsdir. Əgər subyektiv mülki hüquqdan imtina etmək, yəni ondan istifadə et-
məmək mümkünsə, hüquqi vəzifədən imtina etmək olmaz. Hüquqi vəzifənin daşıyıcısı həmin vəzifəni icra et-
məyə borcludur. Subyektiv mülki hüquq daşıyıcısı — səlahiyyətli şəxs başqa şəxslərdən müəyyən hərəkətlər et-
məyi tələb edirsə, özərinə hüquqi vəzifə qoyulan borclu şəxs özgə şəxsin, yəni səlahiyyətli şəxsin tələbini yeri-
nə yetirir. Subyektiv mülki hüquq həyata keçiriləndə səlahiyyətli şəxsin öz xüsusi mənafeyi təmin edilir. Hüqu-
qi vəzifə icra ediləndə isə borclu şəxsin özünün mənafeyi yox, səlahiyyətli şəxsin mənafeyi təmin olunur.
Subyektiv mülki hüquq kimi hüquqi vəzifə də müəyyən məzmuna və struktura (quruluşa) malikdir. Əgər
subyektiv mülki hüququn məzmunu hüquqi imkanların məcmusundan ibarətdirsə, hüquqi vəzifənin məzmunu
Dostları ilə paylaş: |