tipli mülki-hüquqi vəzifə deyilir. Bu cür vəzifə subyektlərdə faydalı, müsbət hərəkətlər etməyə meyl oyadır.
Yuxarıda çəkdiyimiz misallar həmin vəzifəyə misal ola bilər. Fəal tipli hüquqi vəzifələr borclu şəxsin səlahiy-
yətli şəxsin xeyrinə ya əmlak verməsini, ya iş görməsini, ya da xidmətlər göstərməsini nəzərdə tutur.
Davranış zərurəti, ikincisi, özərinə hüquqi vəzifə qoyulmuş şəxsin (borclu şəxsin) mülki hüquq norma-
ları ilə qadaüan edilmiş mənfi, zərərli hərəkətlərdən çəkinmək zərurətində ifadə olunur (passiv davra-
nış). Məsələn, kirayə hüquq münasibətində kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü
əş
yanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə verə, o cümlədən əşyanı
ikinci əldən kirayəyə verə bilməz (MM-in 683-cü maddəsinin 1-ci bəndi). Kirayəçi bu cür hərəkətlərdən çəkin-
məlidir. Əvəzsiz istifadə müqaviləsi özrə kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə edə bilməz,
o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verə bilməz (MM-in 737-ci maddəsi). Saxlama hüquq münasi-
bəti özrə saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın (saxlanca verənin) qabaqcadan razılıüı olmadan
istifadə etmək hüququ yoxdur (MM-in 824-cü maddəsinin 2-ci bəndi). Mülki hüquq normaları ilə qadaüan edil-
miş mənfi, zərərli hərəkətlərdən çəkinməyi nəzərdə tutan vəzifəyə passiv tipli mülki-hüquqi vəzifə deyilir.
Yuxarıda çəkdiyimiz misallar məhz bu vəzifəyə aiddir. Həmin vəzifə səlahiyyətli şəxsin mənafeyini pozan hə-
rəkətləri etməyin hüquqi cəhətdən mümkün olmamasını ifadə edir.
Dostları ilə paylaş: |