Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə215/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   211   212   213   214   215   216   217   218   ...   1820
kinci  hüquqi  zərurət  ondan  ibarətdir  ki,  hüquqi  vəzifə  daşıyıcısı  (borclu  şəxs)  səlahiyyətli  şəxsin  irəli 


 

72 


sürdüyü qanuni tələblərə cavab verməyə borcludur (cavab vermək zərurəti). Bildiyimiz kimi, səlahiyyətli 

şə

xsə hüquqi imkan verilir ki, o, öz mənafe və ehtiyacını təmin etmək üçün borclu şəxsdən müəyyən davranışı 



tələb etsin. Bax, borclu şəxs səlahiyyətli şəxsin verdiyi bu tələblərə cavab verməlidir. Məsələn, borc verən (sə-

lahiyyətli şəxs) borcun qaytarılması barədə borc alana qarşı tələb irəli sürür. Borc alanın vəzifəsidir ki, həmin 

tələbə öz münasibətini bildirsin.  

Üçüncü hüquqi zərurət ondan ibarətdir ki, hüquqi vəzifə daşıyıcısı (borclu şəxs) səlahiyyətli şəxsin irəli 

sürdüyü tələbi yerinə yetirmədikdə, vurulmuş zərərin əvəzini ödəməyə borcludur (mülki hüquqi məsu-

liyyətə cəlb olunmaq zərurəti). Borclu şəxs səlahiyyətli şəxsin irəli sürdüyü tələbi yerinə yetirmədikdə, səla-

hiyyətli şəxs ona verilmiş müdafiə hüququ imkanından istifadə edərək iddia ilə məhkəməyə müraciət edir. Mə-

sələn,  vətəndaş  öz  qonşusuna  faizsiz  borc  pul  vermişdir.  Qonşu  müddət  tamam  olmasına  baxmayaraq  borcu 

qaytarmır, qanunsuz olaraq onu bir il saxlayır. Məhkəmə, borc məbləüini qanunsuz saxlamaqla borc verən və-

təndaşa vurulan zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edir. Həmin qərara görə, qonşunun borcudur ki, 

bank uçot dərəcəsi əsas götürülməklə (bu dərəcə Milli Bank tərəfindən müəyyənləşdirilir) borc verənə faiz ödə-

sin (MM-in 449-cu maddəsi).  

Dördüncü hüquqi zərurət ondan ibarətdir ki, hüquqi vəzifə daşıyan şəxs səlahiyyətli şəxsə öz əmlakından 

istifadə etməyə mane olmamaüa borcludur (istifadəyə mane olmamaq zərurəti). Məsələn, üçüncü şəxslərin 

(«hamının və hər kəsin») borcudur ki, onlar mülkiyyətçiyə (səlahiyyətli şəxsə) öz əmlakından istifadə etməyə 

mane  olmasınlar.  Kirayə  hüquq  münasibətində  kirayə  verən  əmlakdan  istifadə  etməkdə  kirayəçiyə  maneçilik 

yaratmamalıdır.  

Beləliklə, subyektiv mülki-hüquqi vəzifənin məzmunu — strukturu dörd elementdən ibarətdir: 

 davranış zərurətindən; 



 cavab vermək zərurətindən; 

 mülki-hüquqi məsuliyyətə cəlb olunmaq zərurətindən; 



 əmlakdan istifadəyə mane olmamaq zərurətindən.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin