bir neçə hüquqi zərurətin birləşməsini əhatə edir. Axı, subyektiv mülki hüququn əsasında hüquqi imkan,
mülki-hüquqi vəzifənin əsasında isə hüquqi zərurət durur. Bu zərurət ona görə «hüquqi» adlanır ki, o, mül-
ki hüquq normalarında nəzərdə tutulur və həmin normalarla müəyyənləşdirilir.
Subyektiv mülki-hüquqi vəzifənin məzmununa daxil olan hüquqi zərurətlər onun elementləridir. Bu
elementlərin vahid halda birləşməsinə hüquqi vəzifənin strukturu deyilir.
Subyektiv hüquq və hüquqi vəzifə eynielementli kateqoriyalardır. Ona görə də hüquqi vəzifənin məzmununa
və strukturuna, subyektiv hüquqda olduüu kimi, dörd element — hüquqi zərurət daxildir.
Birinci hüquqi zərurət ondan ibarətdir ki, hüquqi vəzifə daşıyıcısı olan şəxs (yəni borclu şəxs) lazımi və
zəruri qaydada davranmaüa borcludur (davranış zərurəti). Bu, birincisi, borclu şəxsin səlahiyyətli şəxsin
Dostları ilə paylaş: |