Bir daha təkrar edərək göstəririk ki, dahi Marks demişkən, «hüquqlarsız vəzifələr olmadığı kimi, vəzifələrsiz
71
də hüquqlar yoxdur». Harada subyektiv mülki hüquq yaranır, orada da mütləq hüquqi vəzifə vardır.
Subyektiv mülki hüquqi vəzifə subyektiv mülki hüququn korrelatıdır, yəni ondan asılı və onunla müəyyən
münasibətdə olan anlayışdır. Ona görə ki, məhz borclu şəxsin özərinə qoyulan hüquqi vəzifə səlahiyyətli şəxsin
subyektiv hüququnu təmin edir. Məsələn, alqı-satqı hüquq münasibətində borclu şəxsin (alıcının) əşyanın pulu-
nu ödəmək vəzifəsi olmasaydı, onda satıcının əşyanın pulunu almaq kimi subyektiv hüququ necə həyata keçə
bilərdi?
Subyektiv mülki hüquqa qarşı subyektiv hüquqi vəzifə durur. Bu hüquq hökmən özünün əksi olan subyektiv
hüquqi vəzifənin yaranmasına səbəb olur. Subyektiv mülki hüququn özü hüquqi vəzifəsiz müvcud ola bilməz.
Səlahiyyətli şəxsin subyektiv mülki hüququ bu şəxsə qarşı duran borclu şəxsə həvalə edilən, onun özərinə
qoyulan vəzifəyə uyüun gəlir. Belə ki, səlahiyyətli şəxs nə tələb edirsə (subyektiv hüquq), borclu şəxs də bu tə-
ləbi yerinə yetirmək vəzifəsini daşıyır (subyektiv hüquqi vəzifə). Məsələn, borc hüquq münasibətində səlahiy-
yətli şəxs (borc verən) borcun qaytarılmasını tələb edirsə, onda borc alanın (borclu şəxsin) özərinə borcu qay-
tarmaq vəzifəsi düşür.
Dostları ilə paylaş: