olunmasını tələb etmək imkanı verir
Dördüncü hüquqi imkan onda ifadə olunur ki, səlahiyyətli şəxsə sosial nemətlərdən istifadə etmək imka-
nı verilir. Bu hüquqi imkan istifadə hüququ adlanır.
Beləliklə, subyektiv mülki hüquq səlahiyyətli şəxsin, sözün əsl mənasında, davranış hüququ, tələb etmək
hüququ, müdafiə hüququ və nəhayət, istifadə hüququdur. Bu dörd hüquqi imkan vahid halda birləşərək sub-
yektiv mülki hüququn məzmununu və strukturunu təşkil edir.
Subyektiv mülki hüququn məzmununa və strukturuna element kimi daxil olan hər bir hüquqi imkana səla-
hiyyət deyilir. Bu hüquqi imkanlara uyüun olaraq dörd cür səlahiyyət fərqləndirilir:
●
davranış səlahiyyəti (öz hərəkətinə olan səlahiyyət);
●
tələb etmək səlahiyyəti;
●
müdafiə (iddia vermək) səlahiyyəti;
●
istifadə səlahiyyəti.
Bəzi subyektiv mülki hüquqda iki səlahiyyətə, digər subyektiv mülki hüquqda üç səlahiyyətə və s. rast gəl-
mək olur. Məsələn, öhdəlik hüquq münasibətlərində (borc, alqı-satqı, kirayə, icarə, daşıma, kredit, sığorta, bank
hesabı, bank əmanəti, delikt və s. hüquq münasibətlərində) subyektiv mülki hüququn məzmununa iki səlahiyyət
daxildir: səlahiyyətli şəxsin tələb etmək səlahiyyəti; səlahiyyətli şəxsin müdafiə (iddia vermək) səlahiyyəti. Mə-
sələn, şəhərdə yaşayan vətəndaş öz yaşayış evini kənd sakininə kirayəyə verir. Kirayəçi kənd sakini kirayə haqqı-
nı ödəmir. Səlahiyyətli şəxs, yəni kirayə verən öz mənafeyini təmin etmək məqsədi ilə borclu şəxsdən kirayə haq-
qının ödənilməsini tələb edir (tələb etmək səlahiyyəti). Borclu şəxs (kirayəçi) bu tələbi yerinə yetirmədikdə, səla-
hiyyətli şəxs öz pozulmuş hüququnu müdafiə etmək üçün iddia ilə məhkəməyə müraciət edir (müdafiə səlahiyyə-
ti).
Mülkiyyət hüquq münasibətində subyektiv mülki hüququn məzmununa dörd səlahiyyət daxildir. Birinci sə-
lahiyyət mülkiyyətçinin (səlahiyyətli şəxsin) özünə məxsus əmlakla istədiyi kimi davranmaq hüquqi imkanın-
dan (davranış səlahiyyətindən) ibarətdir. Bu, o deməkdir ki, mülkiyyətçi özünə məxsus olan əmlaka öz mülahi-
zəsinə görə sahiblik, əmlak barəsində sərəncam vermək, qanuna zidd olmayan istənilən hərəkətləri etmək səla-
hiyyətinə malikdir.
kinci səlahiyyət mülkiyyətçinin (səlahiyyətli şəxsin) tələb etmək imkanından ibarətdir. Mülkiyyətçiyə belə
bir hüquqi imkan verilmişdir ki, o, bütün şəxslərdən («hamıdan və hər kəsdən») ona məxsus olan mülkiyyət hü-
ququnu pozmamalarını tələb etsin.
Üçüncü səlahiyyət mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları po-
zulduüu hallarda, onun məhkəməyə iddia vermək yolu ilə müdafiə imkanından ibarətdir. Bu, onun müdafiə im-
kanıdır.
Dördüncü səlahiyyət mülkiyyətçinin özünə məxsus olan əmlakdan istifadə imkanıdır. Mülkiyyətçiyə elə bir
hüquqi imkan verilmişdir ki, o, əmlakdan öz mülahizəsinə görə hər hansı sahibkarlıq fəaliyyəti və ya qanunla
qadaüan edilməmiş digər fəaliyyət üçün istifadə etsin. O, əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə et-
mək nəticəsində məhsul və gəlir götürmək səlahiyyətinə malikdir.
Dostları ilə paylaş: |